Digər idman növləri
Ağır atletika üzrə yığma komandaların məşqçiləri müəyyənləşib
Azərbaycan Ağır Atletika Federasiyasının Məşqçilər Şurasının ilk iclası baş tutub.
Futbolxeber.az-ın məlumatına görə, federasiyanın Rəyasət Heyəti üzvlərinin, həmçinin ağır atletlər, məşqçilər və digər mütəxəssislərin iştirak etdiyi tədbirdə bütün yaş qrupları üzrə yığma komandaların yeni məşqçi heyəti müəyyən edilib. İclası AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, həmçinin baş katib Rizvan Rəsulov aparıblar.
Giriş sözü ilə Tofiq Heydərov çıxış edib. O, ötən ayın sonunda keçirilən Hesabat-Seçki Konfransının nəticələri barədə danışıb, görülən və görüləcək işlər haqqında məlumat verib. Heydərov bildirib ki, bu iclasda yığma komandaların yeni heyəti müəyyən ediləcək və bu proses tam demokratik şəkildə – səsvermə yolu ilə həyata keçiriləcək.
Bundan sonra müvafiq yığma komandaların məşqçilərinin arxada qalan 6 ay ərzindəki fəaliyyəti barədə hesabatları dinlənilib. Böyüklərdən ibarət yığma komandalarla bağlı Maksum Xasanov, gənclərdən ibarət komanda ilə bağlı Kərim Kərimli, yeniyetmələrdən ibarə komanda ilə bağlı isə Asif Məmmədov danışıb. Mütəxəssislər gördükləri işlər, əldə edilən uğurlar, həmçinin çatışmazlıqlar haqqında məruzə edib, gələcək planlarını açıqlayıblar.
Məşqçilərlə yanaşı, federasiyanın Rəyasət Heyətinin üzvləri – AAAF Holdinqin vitse-prezidenti Fəxri Ağayev, baş katib Rizvan Rəsulov, AAAF Media MMC-nin direktoru Rəşad Əliyev, həmçinin yığma komandaların rəisi Oktay Muxtarov çıxış edərək öz sahələri üzrə hesabatlar verib, işlərin təkmilləşdirilməsi, ortaya çıxan problemlərin operativ həlli, idmançı və məşqçilər üçün ən yaxşı şəraitin qurulması üçün bütün gərəkli – təlim-tərbiyə, intizam, yaşayış, qidalanma, geyim və avadanlıqlarla təminat, yeni zalların qurulması və digər addımların atılmasının vacibliyini vurğuladılar.
Sonra yığma komandaların məşqçilər heyətinin seçilmə prosesi baş tutdu. Səsvermə hüququ olan məşqçi və idmançılar layiq bildikləri mütəxəssisləri öz səsvermə kağızlarında qeyd etdilər. Nəticədə yığma komandaların məşqçiləri aşağıdakı kimi müəyyən edildi:
Əsas yığma
Maksum Xasanov
Elnur Hüseynov
Teymur Əliquliyev
Gənclər yığması
Kərim Kərimli
Anar Qasımov
İdris Nəbiyev
Yeniyetmələr
Asif Məmmədov
Elmar Soltanov
Taleh Hüseynov
Əlavə edək ki, qadınlardan ibarət yığmanın məşqçilər heyəti növbəti günlərdə Məşqçilər Şurası tərəfindən müəyyən ediləcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO