Digər idman növləri
Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimi keçirilib
Milli Gimnastika Arenasında Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasının bağlanış mərasimi keçirilib.
Futboxeber.az saytına Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə Azərbaycan Repsublikası Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Bakının ev sahibliyi etdiyi və sentyabrın 2-dən start götürən Olimpiada indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşüb. Bu mötəbər yarışda 175 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə aparıb. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Azərbaycan bu Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunub.
On bir turdan ibarət yarışlarda kişilərin mübarizəsində aktivində 20 xal olan ABŞ millisi çempion adını qazanıb. Eyni xala malik Ukrayna isə ikinci yeri tutub. Rusiya millisi isə 17 xalla bürünc medal qazanıb. Hesabında 15 xal olan əsas komandamız yarışı 12-ci sırada tamamlayıb. İkinci yığmamız 14 xalla 26-cı, üçüncü komandamız isə 13 xalla 49-cu pillədə yer alıb.
Qadınların yarışında qalib adını 20 xalla Çin şahmatçıları qazanıblar. Hesabında 17 xal olan Polşa ikinci, Ukrayna isə üçüncü pillədə yer alıb. Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurub. On üç xal toplayan üçüncü komandamız 30-cu, ikinci yığmamız isə 32-ci olub.
Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra E, D, C, B, A kateqoriyaları üzrə qaliblər mükafatlandırılıb.
Mükafatları şahmatçılara turnirin direktoru Takis Nikolopulos və Olimpiadanın baş hakimi Faiq Həsənov təqdim ediblər.
Lövhələr üzrə fərdi mükafatları qadın və kişi şahmatçılara Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov verib.
Birinci lövhə üzrə qalibləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov mükafatlandırıb.
42-ci Ümumdünya Şahmat Olimpiadasında qadınların yarışında müvafiq olaraq, ilk üç pilləni tutan Çin, Polşa və Ukrayna komandalarına medalları Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov təqdim edib.
Qadınların yarışında Olimpiadanın qalibi Çin millisinə Vera Mençik kuboku da təqdim olunub.
Bakı Şahmat Olimpiadasında kişilərin yarışında ilk üç yeri tutan ABŞ, Ukrayna və Rusiya millilərinə medalları FIDE-nin prezidenti Kirsan İlyumjinov verib.
ABŞ millisi, həmçinin Hamilton Russel kuboku ilə təltif edilib.
Sonra Nona Qaprindaşvili kubokunun qalibləri mükafatlandırılıb. Mükafatı qadınlar arasında şahmat üzrə beşqat dünya çempionu Nona Qaprindaşvili təqdim edib.
Mükafatçılara Azərbaycanın milli geyimlərinin əsas komponentlərindən olan papaq və kəlağayı da hədiyyə edilib.
Mərasimdə qalib komandaların şərəfinə dövlət himnləri səsləndirilib.
Mükafatlandırma mərasimindən sonra çıxış edən FIDE-nin prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirərək deyib: “Yarışın təşkilatçıları irimiqyaslı şahmat turnirlərinin təşkilində yeni standart müəyyənləşdirdilər. Növbəti Olimpiadanın təşkilatçıları bu səviyyəyə nail olmaq üçün çox çalışmalıdılar. Biz bu gün möhtəşəm yarışı başa vururuq. Ancaq sabah minlərlə gənc qız və oğlan idmanın bu növü ilə məşğul olmağa başlayacaq və şahmatın incəliklərini öyrənməyə çalışacaqlar. İnanıram ki, biz qonaqpərvərliyi ilə seçilən Azərbaycana yenidən qayıdacağıq”.
Şahmatın inkişafına davamlı dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Kirsan İlyumjinov ölkəmizin mötəbər beynəlxalq yarışlara həmişə yüksək səviyyədə ev sahibliyi etdiyini, idmançıların və qonaqların Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
Sonra FIDE-nin bayrağı arenaya gətirilib və beynəlxalq şahmat qurumunun himni səsləndirilib.
Növbəti Olimpiadanın keçiriləcəyi ölkəyə FIDE-nin bayrağının təqdim edilməsi üçün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Tariel Xeçikaşvili səhnəyə dəvət olunublar.
Gənclər və idman naziri Azad Rəhimov 42-ci Ümumdünya Şahmat Olimpiadasının müvəffəqiyyətlə başa çatması münasibətilə təbriklərini çatdıraraq deyib: “Ümid edirəm ki, qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar. 175 ölkədən ən güclü şahmatçıların mübarizə apardıqları dünyanın ən mötəbər şahmat turnirinin yüksək səviyyədə keçirilməsi həqiqətən böyük uğurdur”.
Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə və yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdıran nazir gələn il ölkəmizdə daha bir irimiqyaslı yarışın – IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini bildirib. A.Rəhimov növbəti Olimpiadaya ev sahibliyi edəcək Gürcüstana müvəffəqiyyətlər arzu edib.
Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Tariel Xeçikaşvili növbəti - 43-cü Olimpiadanın Batumidə təşkil olunacağını vurğulayaraq, bu baxımdan azərbaycanlı həmkarlarının təcrübələrindən yararlanmaq üçün səmərəli əməkdaşlığın önəmini xüsusi vurğulayıb. Ölkələrimiz arasında bir çox sahələrdə uğurlu dostluq və əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edən qonaq buna görə Gürcüstan hökuməti adından minnətdarlığını bildirib.
Gürcüstan şahmat məktəbinin uğurlarından danışan T.Xeçikaşvili 2018-ci ildə 43-cü Ümumdünya Şahmat Olimpiadasının Batumidə yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. O, rəhbərlik etdiyi İdman və Gənclərlə İş üzrə Nazirliyin, həmçinin ölkəsinin Şahmat Federasiyasının bu istiqamətdə əlindən gələni edəcəyini bildirib.
Qonaq çıxışının sonunda Gürcüstanda idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi fəal dəstəyə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) minnətdarlığını bildirib.
Çıxışlardan sonra FIDE prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasını bağlı elan edib.
Daha sonra 2018-ci ildə 43-cü Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək Batumi şəhəri ilə bağlı videoçarx nümayiş olunub.
Mərasim Gürcüstanın “Kaxaberi and Xanums” musiqi qrupunun çıxışı ilə davam edib.
Sonda Azərbaycanın Əməkdar Artisti Sevda Ələkbərzadənin ifa etdiyi “Sarı gəlin” mahnısı tamaşaçılar tərəfindən yüksək coşqu ilə qarşılanıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO