27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Fərid Mansurov Olimpiadanın ulduz səfiri oldu

Bakı Şahmat Olimpiadasının növbəti ulduz səfirinin adı məlum olub. Futbolxeber.az saytının məlumatına görə, bu yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovdur. İdmançıya xüsusi sertifikatı Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin icraçı direktoru Murad İskəndərli təqdim edib.

Bakı Şahmat Olimpiadasının ulduz səfiri Fərid Mansurov təəssüratlarını turnirin mətbuat xidmətiylə bölüşüb: "Ulduz səfir olmaq məsuliyyətli və şərəfli işdir. Diqqətə görə Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinə təşəkkür edirəm. Şahmata marağım hər zaman olub. Uşaqlıq illərindən şahmat oynamağı öyrənmişəm. Evdə vaxt olanda atam və ya qardaşımla şahmat taxtası arxasında mübarizə aparmağa imkan tapırıq.

Bakı Şahmat Olimpiadası kimi mötəbər yarışın paytaxtımızda keçirilməsi sevindirici haldır. Ulduz səfir kimi mötəbər yarışın təbliğində yaxından iştirak etməyə çalışam. Olimpiadada 3000-ə yaxın idmançının iştirak etməsi yarışın güclü rəqabət şəraitində keçəcəyini göstərir. İnanıram ki, Bakı Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olunacaq. Eyni zamanda Azərbaycan şahmatçılarına uğurlar arzulayıram. Biz onlara inanırıq. Əminəm ki, komandamız olimpiadada layiqincə çıxış edəcək". 

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30