26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Azad Rəhimov: "Növbəti Avropa Oyunlarını Rusiya keçirməlidir"

"2019-cu il II Avropa Oyunlarını başqa ölkə yox, yalnız Rusiya keçirməlidir". "Report"un məlumatına görə, bunu TASS-a açıqlamasında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

"Rusiya Oyunları keçirməkdən imtina edirsə, bu, mənim kompetensiyamda deyil. Amma Avropa Oyunları yaxşı yarış və idmançılar üçün nəhəng mübarizə təcrübəsidir. Axı onların Olimpiya Kəndində qalmaları vacibdir", - nazir vurğulayıb.

A.Rəhimov əmindir ki, Avropa Oyunlarında iştirak edənlər olimpiadada yaxşı nəticələr göstərəcəklər: "Yəni, belə ab-havada iştirak və həyat təcrübəsi öz sözünü deyəcək. Avropa Oyunları lazımlıdır, bu yarışın çox yaxşı gələcəyi olmalıdır. Fikrimcə, bu baxımdan, Rusiya idmançılara kömək edəcək, Kazan isə onları dəstəkləyəcək".

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçirilib. Rusiya yığması 164 medalla (79 qızıl, 40 gümüş, 45 bürünc) ümumi komanda hesabında birinci olub. Daha öncə Rusiyanın idman naziri Vitali Mutko 2019-cu ildə II Avropa Oyunlarını keçirməyəcəklərini açıqlayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30