26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Cüdoçumuz Avropa kubokunda bürünc medal qazandı

Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa kubokuna start verilib. Futbolxeber.az-ın məlumatına görə, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.

60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinlinin çıxışı uğurlu alınıb. Millimizin cüdoçusu yarımfinala gedən yolda monakolu Yan Sikkardi, kanadalı Sergio Pessoa və braziliyalı Erik Takabatake üzərində qələbə qazanıb. Yarımfinalda isə tatami sahibi Lüdvik Peyşerə məğlub olub. Lakin Qırğızıstan cüdoçusu Otar Bestaevə qalib gələrək mötəbər turnirin bürünc medalını qazanıb.

Cüdoçularımızdan Davud Məmmədsoy (60 kq) və Fəqan Quluzadə (73 kq) Avropa kubokunda 5-ci olublar.

Digər cüdoçularımız - Oruc Vəlizadə, Elbrus Zamanov (hər ikisi 60 kq), Telman Vəliyev, Rəşad Rufullayev, Turan Seyidov (hamısı 66 kq), İsmayıl Piriyev, Vüqar Bayramov (hər ikisi 73 kq) mübarizəni erkən dayandırıblar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30