26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Azərbaycanlı cüdoçu Afrikada bürünc medal qazandı

Port-Lui şəhərində keçirilən Afrika açıq çempionatının birinci günündə Azərbaycanın 6 cüdoçusu mübarizə apararıb. Futbolxeber.az-a Cüdo Federasiyasının mətbhuat xidmkətindən verilən məlumata görə, qadın cüdoçularımızdan Ayşə Qurbanlının çıxışı uğurlu alınıb. 48 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk olaraq evsahibi Letisiya Lumelonu və daha sonra avstraliyalı Xloe Rayneri məğlub edib. Yarımfinal qarşılaşmasında isə Qurbanlı ekvadorlu cüdoçu Diana Kobosa uduzaraq bürünc uğrunda mübarizəyə qoşulub. Ayşə Qurbanlı bu mərhələdə Amerika idmançısı Ketelin Boysa qalib gələrək bürünc medala sahib çıxıb.

60 kq çəki dərəcəsində yarışan cüdoçumuz Oruc Vəlizadə isə 1/4 finala yüksələ bilib, lakin o, italiyalı Karmin de Lorentoya məğlub olaraq təsəlliverici görüşə çıxıb. Avstriya təmsilçisi Lyudoviq Payşerə uduzan Vəlizadə 7-ci yerlə kifayətlənməli olub.

Qeyd edək ki, turnirdə iştirak edən digər cüdoçularımız - İsmail Piriyev (73 kq), Tərlan Kərimov (66 kq) və Xanım Hüseynova (63 kq) mübarizəni erkən dayandırmalı olublar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30