Digər idman növləri
Vüqar Həşimovun xatirə turnirinə start verildi
Bu gün məşhur şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunanuşaqlar arasında beynəlxalq şahmat turnirinə start verilib. Futbolxeber.az-ın məlumatına görə, iştirakçılar ilk olaraq səhər saatlarında məşhur şahmatçımızın məzarını ziyarət edərək ona böyük ehtiramını bildirib. Açılış mərasimində çıxış edən Vüqar atası Qasım Həşimov turnirin əhəmiyyətindən danışıb: "Vüqar hər zaman arzulayırdı ki, Azərbaycanda uşaqlar arasında beynəlxalq şahmat turniri olsun. Çünki, o istəmirdi ki, yeniyetmələr əziyyət çəksin. Bu gün siz belə turnirlərdə iştirak etməklə bacarığınızı artıra bilərsiniz. Vüqarın xatirə turniri uşaqlar arasında artıq ikinci ildir keçirilir. Bu ənənəvi hal almalıdır. Onun keçdiyi çətin ömür yolu öyrənilməlidir. Bütün iştirakçılara uğur arzulayıram. Qoy güclü qalib gəlsin".
Vüqar Həşimovun komanda yoldaşı, Avropa çempionu Şəhriyar Məmmədyarov uşaqların Vüqarın şahmat karyerasını öyrənməyin vacib olduğunu bildirib: "Bu gün Vüqar öyrənilməlidir. Mən şahmatçı kimi onun karyerasını yaxşı bilirəm. Amma uşaqlar ondan öyrənməlidi. Elə ölkələr var ki, onun əldə etdiyi nəticələrə yalnız arzu kimi baxır. Onun qazandığı nailiyyətlər əksər şahmatçılar üçün əlçatmazdı. Hər zaman yaxınlarına kömək etməyə hazır idi. Vüqar böyük turnirlər zamanı bizi tək qoymazdı. Özü oynamadığı günlər bizi yardımçı olurdu. Bu gün onun yoxluğunu qəbul etmək çətindi. Biz hər zaman onu xatırlayırıq. Uşaqlar Vüqardan öyrənməklə uğur qazanmalıdı. Bizim vaxtımızda məşhur şahmatçılarla görüş əsl bayram idi. İndi uşaqlarda yığma üzvlərindən öyrənməyə imkanı var. Etiraf edək ki, son 10 ildə yeni şahmatçı meydana çıxmayıb. Millidə eyni adlar çıxış edir. Artıq rəqabət vaxtıdır. Arzu edirəm ki, bizdən sonrakı nəsil daha güclü olsun".
Qeyd edək ki, 6 nömrəli məktəb-liseydə keçirilən yarışda 8-10-12 yaşadək oğlanlar və qızlar, o cümlədən dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yüksək olan 110 şahmatçı mübarizə aparacaq. Beynəlxalq turnirdə Azərbaycan, Rusiya, İran, Gürcüstan təmsilçiləri ilə yanaşı, Fransa şahmatçıları da çıxış edir. Beynəlxalq turnirin reytinq favoriti keçənilki yarışın bürünc mükafatçısı, azərbaycanlı şahmatçı Məhəmməd Muradlıdır (2052).
Memorialın qalibi Vüqar Həşimov kuboku ilə təltif olunacaq. Birinci yeri tutan şahmatçı, eyni zamanda, “Baku Open 2015”, gümüş mükafatın sahibi isə “Naxçıvan Open 2016” beynəlxalq şahmat festivallarında ödənişsiz olaraq qalmaq və yemək imkanı əldə edəcəklər. Turnirdə, həmçinin müxtəlif nominasiyalar üzrə qaliblər də təltif olunacaqlar.
Beynəlxalq turnirin baş hakimi - FİDE hakimi Cavanşir Bağırov olacaq. Xatırladaq ki, ötənilki turnirin qalibi Bakı şahmatçısı Kənan Qarayev olmuşdu.
Qeyd: foto Tural Mövsümzadəyə məxsusdu
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO