27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

“Bakı Yay Olimpiya Oyunlarını keçirməyə tam hazırdır”

 “Bakı-2015” birinci Avropa Oyunları qarşıdan gələn Yay Olimpiya Oyunları öncəsi möhtəşəm idman yarışı oldu”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri birinci Avropa Oyunlarında Macarıstan komandasının rəhbəri Laslo Fabian “Azərtac”a müsahibəsində söyləyib.

Macarıstan milli komandasının Oyunlarda necə çıxış etməsi ilə bağlı suala cavabında L.Fabian bildirib ki, idmançılarımız qarşıya qoyulan tapşırıqları tamamilə yerinə yetiriblər. O deyib: “Birinci Avropa Oyunlarında iştirak üçün ən perspektivli idmançıları üzə çıxardıq və ciddi hazırlıqlara başladıq. Yəni, biz öz vəzifəmizi yerinə yetirdik. Birinci Avropa Oyunları Rio-de-Janeyro Olimpiadasından əvvəl komandamızda olan çatızmazlıqları üzə çıxardı.

Macarıstan komandasının nəticələrindən razı qaldığını vurğulayan L.Fabian bildirib: “İdmançılarımız iyirmi dəfə fəxri kürsüyə qalxdılar. Atletlərimiz 8 qızıl, 4 gümüş, 8 bürünc medal qazandılar. Ümumi hesabda 8-ci yeri tutduq. Mən bunu yaxşı nəticə hesab edirəm”.

Komanda rəhbəri vurğulayıb ki, bu mötəbər yarış rəsmən Olimpiya Oyunları adlandırılmasa da, Azərbaycan dövləti, “Bakı-2015” Təşkilat Komitəsi, Avropa Olimpiya Komitəsi və Azərbaycan Milli Olimpiya Komitəsi atletlərin özlərini əsl Olimpiya Oyunlarında hiss etmələri üçün mümkün olan hər cür şəraiti təmin etmişdi.

L.Fabian xüsusi vurğulayıb ki, Bakı və bütövlükdə Azərbaycan Olimpiya Oyunlarını keçirməyə tam hazırdır. O deyib: “Azərbaycan hökuməti namizədliyinin yenidən irəli sürülməsi məsələsini nəzərdən keçirir. Axı, Olimpiadaya lazım olan idman obyektlərinin 80-90 faizi artıq inşa edilib. Amma Budapeşt də Bakıdan geri qalmır. Bu həftə Macarıstan parlamenti 2024-cü il Paralimpiya Oyunlarının Budapeştdə keçirilməsi üçün namizədliyinin irəli sürülməsi məsələsini müzakirə edəcək.

Avropanın öz Oyunlarını keçirməyən sonuncu qitə olduğunu vurğulayan L.Fabian deyib: “Çox yaxşı ki, Azərbaycan bu təşəbbüsü öz əlinə aldı və birinci oldu. Bu, bütün Avropa idmançılarının mübarizə əzmini gücləndirəcək və Avropada Olimpiya ruhunu möhkəmləndirəcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30