27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

“Bakı-2015”: Daha 12 ölkənin idmançıları ölkəmizə gəlib

Birinci Avropa Oyunlarında iştirak edəcək Almaniya, İsveçrə, İsveç, Ukrayna, Kipr, Polşa, Monteneqro, Estoniya, Hollandiya, Slovakiya, Macarıstan və İslandiya idmançıları da iyunun 11-də Azərbaycana gəliblər. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, əcnəbi atletləri Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri və könüllülər qarşılayıblar. Komandalar onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər Kəndinə yola salınıb.

“Bakı-2015” birinci Avropa Oyunlarını işıqlandıracaq jurnalistlərin daha bir qrupu da Azərbaycana gəlib. Xarici media nümayəndələri xüsusi avtobuslarla Media Kəndinə aparılıb.

“Bakı-2015” Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yaratdığı xüsusi qərargah bütün gün ərzində fasiləsiz fəaliyyət göstərir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30