26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

“Bakı-2015” məşəlinin növbəti daşıyıcıları: Çingiz Abdullayev, Tahir İmanov, Şəhriyar Məmmədyarov, Röya...

“Bakı-2015” birinci Avropa Oyunları məşəlinin Bakı estafeti davam edir. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, iyunun 10-da məşəl estafetinin ilk dayanacağı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış və milli mədəniyyətimizin dünyaya açılan yeni pəncərəsi - Müasir İncəsənət Muzeyi olub. Xalq rəssamı Fərhad Xəlilovun daşıdığı məşəl Azərbaycanda avanqard cərəyanlara mənsub rəssam və heykəltəraşların ötən 70 il ərzində yaratdıqları 1000-dən artıq əsəri dünyaya tanıdan nadir sənət ocağının zallarını gəzib.

Sonra məşəl Heydər Əliyev Mərkəzinə gətirilib. Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov məşəlin xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan və müasir Azərbaycanın dünyaya açılan qapısının, beynəlxalq aləmə inteqrasiyasının rəmzi olan Mərkəzlə tanışlığına bələdçilik edib. Tanınmış memar Zaha Hadidin layihəsi əsasında inşa edilən və müasir arxitektura üslubu ilə müasir Azərbaycanın və onun paytaxtı Bakının rəmzinə çevrilən Heydər Əliyev Mərkəzi dünya memarlıq inciləri siyahısına daxil edilib.

Sonra məşəl Heydər Əliyev Mərkəzindən yola salınıb.

Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəylinin müşayiət etdiyi məşəlin növbəti ünvanı - Heydər Əliyev Sarayı və onun qarşısındakı park olub.

Paytaxtın sakinlərinin və qonaqlarının ən çox sevdiyi məkanlardan olan, Nizami küçəsindən Fəvvarələr meydanına qədər məsafəni məşəlçilər - ağırlıqqaldırma üzrə dünya çempionu Nizami Paşayev, “Bakı-2015”-in ulduz elçisi Tahir İmanov, muğam ifaçısı Ağaxan Abdullayev qət ediblər.

Məşəli qəbul edən dünya şöhrətli yazıçı Çingiz Abdullayev Oyunların alovunu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə tanışlıq zamanı müşayiət edib.

Alov səyahəti komandası daha sonra Mərkəzi Parkda olub. 2013-cü ildə istifadəyə verilən və yeni istirahət məkanlarından birinə çevrilən bu məkan 7 hektar sahəni əhatə etməklə şəhər daxilində ən böyük parkdır. Burada məşəlçilər - bəstəkar Mirfaiq Sücəddinovun, şahmat üzrə qrossmeyster, ikiqat Avropa çempionu Şəhriyar Məmmədyarovun, güləşçi İlham Umayevin, veteran gimnast Elşad Nərimanovun iştirakı ilə metronun “28 May” stansiyasınadək yürüş olub. Güləş üzrə dünya çempionu Arif Abdullayev məşəllə Cəfər Cabbarlı meydanına gəlib.

Məşəlçi Vitali Rəhimov alovqoruyanların müşayiəti ilə şəhərin ən çox istifadə edilən ictimai nəqliyyatı - Bakı metropoliteninin “28 May” stansiyasından “İçərişəhər” stansiyasına qədər alov səyahətinin əsas qəhrəmanı olub.

Estafetin növbəti mərhələsində pianoçu Murad Adıgözəlzadə, idman veteranı Yaşar Məmmədov, “Bakı-2015”-in ulduz elçisi Röya Ayxan və müğənni Abbas Bağırov məşəli Filarmoniya bağından Bakı Funikulyorunadək aparıblar. Burada estafeti veteran futbolçu Kazbek Tuayev və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev davam etdiriblər.

Estafet gününün son dayanacağı məşəlçilər - veteran güləşçi Firudin Qurbanovun, veteran futbolçu Yaşar Babayevin, taekvondo üzrə dünya çempionu Radik İsayevin, London Olimpiadasının bürünc medalçısı Emin Əhmədovun, güləş veteranı Elçin Cəfərovun, ağırlıqqaldırma veteranı Məmməd Hüseynovun və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirakı ilə Bakı buxtasına və Xəzər dənizinə əsrarəngiz mənzərənin açıldığı Dağüstü park olub.

Daha sonra məşəli Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti Teymur Göyçayev qəbul edib.

Sonra məşəl YARAT Müasir İncəsənət Mərkəzinə gətirilib. Məşəl Mərkəzin təsisçisi Aida Mahmudovanın müşayiəti ilə bu mədəniyyət ocağında gəzdirilib. Bu incəsənət mərkəzi istedadlı gənclərə dəstək olmaqla, onların inkişafına təkan vermək, peşəkar layihələrini dəstəkləməklə qısa müddət ərzində məşhurlaşıb.

Estafet YARAT Müasir İncəsənət Mərkəzinin yaxınlığında yerləşən ənənəvi incəsənət qalereyalarında başa çatıb.




Ad: ulviyya mammadova;   E-mail: 514629746

11.06.2015 00:47

Men ayin 12 si acilişa bilet 13 final bilet 14 2 bilet istiyirem
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30