26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Həştərxanda “Bakı-2015”ə dəstək aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) tərəfindən Rusiyanın müxtəlif şəhərlərində keçirilən “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək kampaniyası çərçivəsində iyunun 10-da Həştərxan şəhərində növbəti aksiya təşkil edilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, aksiya Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan bölməsinin və AMOR-un Həştərxan bölməsinin təşkilatçılığı ilə şəhərin mərkəzində yerləşən Heydər Əliyev Parkında təşkil olunub.

Tədbirin əvvəlində Ümummilli Liderin parkda ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Aksiya iştirakçılarına Olimpiya obyektləri, idman qurğuları, Milli Olimpiya Stadionu, şəhərdə görülən yenidənqurma işləri barədə geniş məlumat verilib. Əsas diqqət Avropa Oyunlarına hazırlıq işlərinə yönəldilib. Həmçinin tədbir zamanı gənclər tərəfindən birinci Avropa Oyunlarını əks etdirən geyimlərdə fləşmob keçirilib və iştirakçılara Oyunlara aid suvenirlər və broşürlər paylanıb.

Tədbirdə Həştərxan vilayəti və şəhəri administrasiyasının nümayəndələri, şəhər sakinləri, AMOR-un üzvləri, Heydər Əliyev adına məktəbin kollektivi və şagirdləri, diaspor nümayəndələri iştirak ediblər.

Birinci Avropa Oyunlarında Həştərxan idmançılarının iştirakını, tarixən Azərbaycan - Həştərxan dostluq münasibətlərini, son illər ərzində Azərbaycan, xüsusilə də Heydər Əliyev Fondu tərəfindən Həştərxanda genişmiqyaslı layihələrin həyata keçirilməsini nəzərə alaraq, bu dəstək aksiyası şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30