27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

“Bakı-2015” Almaniyanın “Sport 1” kanalında da canlı yayımlanacaq

Almaniyanın “Sport 1” televiziya kanalı iyunun 12-28-də Bakıda keçiriləcək ilk Avropa Oyunlarını canlı yayımlayacaq. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu barədə saytda yerləşdirilən yazıda Bakıda keçiriləcək yarışın Avropa qitəsi üçün böyük əhəmiyyət daşıdığı qeyd olunub. Vurğulanıb ki, yarışların Cənubi Qafqazın ən böyük şəhərində keçirilməsi təsadüfi deyil. Bu şəhərdə Oyunların keçirilməsi üçün yüksək səviyyəli, beynəlxalq standartlara uyğun 18 idman obyekti avropalı idmançıların ixtiyarına verilib. Məqalədə 70 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu xüsusi əhəmiyyətli idman obyekti kimi təqdim edilir. Oyunların açılış mərasimini ən azı 65 min tamaşaçının izləyəcəyi xüsusi vurğulanır.

Məqalədə “Bakı-2015” birinci Avropa Oyunlarının idmançılara 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə əldə etmək imkanı qazandıracağı qeyd edilir. Diqqətə çatdırılır ki, bu baxımdan Almaniya hökuməti qalib gələcək idmançılara yüksək məbləğdə pul mükafatı vəd edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30