27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

"Bakı" Polşa çempionu ilə bacarmadı

 

Çimərlik futolu üzrə Avropa kubokunun ikinci turunda Polşa çempionu "Qrembax"la qarşılaşan "Bakı" gərgin mübarizə nəticəsində məğlubiyyətlə barışmalı oldu. Futbolxeber.az-ın məlumatına görə, bu oyunda yalnız qələbə Azərbaycan çempionunun növbəti mərhəlyə yüksəmək şanslarını qoruyub saxlaya bilərdi.
Bu səbəbdən komandamız ilk dəqiqələrdən hücuma diqqət ayıraraq qələbə üçün oynadığını nümayiş etdirdi. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda təcrübəli Polşa komandası yaranan imkanlardan maksimum istifadə edərək, iki dəfə fərqlənməyə imkan tapdı. Hesabda geri qalan komandamız ruhdan düşməyərək, hücumlarını davam etdirdi.
Belə hücumların birində Ramil Əliyev gözəl qol vuraraq, hesab arasındakı fərqi minimuma endirdi. Təəssüf ki, komandamız bundan artığına nail ola bilmədi. Rəqib tam heyətlə müdafiəyə çəkilərək, qələbə hesabını qorumağı bacardı. 
İkinci oyun günü "Qrombax"a məğlub olan "Bakı" 1/4 finala yüksəlmək şanslarını itirdi. Komandamız yer aldığı E qrupundan növbəti mərhələyə hərəyə iki qələbə qazanan "Terraçina" və "Qrembax" yüksəldilər. 
Sonuncu, formal xarakter daşıyan 3-cü turda "Bakı"nın rəqibi Latviyanın "Kreiss" klubu olacaq.
 
Günün nəticələri:
Qrembax (Polşa) 2:1 Bakı (Azərbaycan)
Terraçina (İtaliya) 7:3 Kreiss (Latviya)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30