27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Həsən Həsənov: “Bakı-2015” Avropa idman mədəniyyətinə Azərbaycanın töhfəsi olacaq”

“Gələn ay keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunları böyük idman tamaşasına çevriləcək. Bu, Azərbaycanın Avropa idman mədəniyyətinə töhfəsi olacaq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Polşa jurnalistlərinə verdiyi müsahibədə söyləyib.

Diplomat deyib: “Çox sayda idmançı və tamaşaçı Azərbaycanı görəcək, onun qonaqpərvərliyi, mədəniyyəti, arxitekturası, mətbəxi ilə tanış olacaq”.

Səfir idmanın bir sıra növləri üzrə Avropa Oyunlarının təsnifat xarakteri daşıyacağını xatırladaraq bildirib ki, hər bir iştirakçı 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək üçün yüksək nəticə əldə etməyə çalışacaq. Səfir sonda deyib: “Biz istəyirik ki, Bakıya çox idmançı və qonaq gəlsin, avropalılar Bakını olduğu kimi öz gözləri ilə görsünlər”.

Mənbə: azertag.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30