27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Maqnus Karlsen: "Təbrikləri qəbul etməyin vaxtı deyil"

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirinin VII turunda dünya çempionu Maqnus Karlsen Rusiya şahmatçısı Vladimir Kramniki məğlub edib. Futbolxeber.az-ın məlumartına görə, mətbuat konfransında sabiq dünya çempionu ardıcıl üç məğlubiyyətə görə üzüldüyünü gizlətməyib: "Ardıcıl üç məğlubiyyət yaxşı hal deyil. Bilmirəm karyeramda belə vəziyyət olub, ya yox. Yadıma gəlmir. Son iki turda həvəslə oynayacam. Hər halda şahmatı çox istəyirəm. Bununla belə formada olmadığım aydındır. Partiyalar zamanı hesablamalarda səhvlərə yol verirəm. Gedişlərin ardıcıllığını düzgün etmirəm".

Norveçli dünya çempionu Maqnus Karlsen isə hazırda onu təbrik etməyin tez olduğunu bildirib: "Ardıcıl ikinci dəfə Şəmkirdən qalib kimi ayrılmağa yaxşı şansım var. Turnir cədvəlindəki vəziyyətim çox əladır. Amma təbrikləri qəbul etməyin vaxtı deyil. Qarşıda çox vacib iki oyun olacaq. Hər ikisində qalib gəlmək vacibdir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30