26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Teymur Rəcəbov: “Mən Şəhriyar Məmədyarov kimi düşünmürəm”

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 5-ci turunda Teymur Rəcəbov reytinq favorit Fabiano Karuanayla heç-heçə oynayıb. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan şahmatçısı partiyadan sonra media nümayəndələrinin suallarına cavab verib: "Karuanaya qarşı özüm hazırlaşmışdım. Əlbəttə, müəyyən mənada kompyuterdən istifadə etmişdim. Partiya zamanı vəziyyət dəyişmədi və üstünlük qazanmadım. Heç-heçə oyuna görə olan nəticədir. Şəhriyar söyləyib ki, Azərbaycanda keçirilən turnirlərdə onun oyunu alınmır. Mən fərqli fikirdəyəm. Ölkədə keçirilən yarışlar yüksək səviyyədə təşkil olunur. Şəmkirdə, Bakıda və ya digər şəhərimizdə oynamağa hər zaman hazıram”.

Fabiano Karuana isə istirahət günü təşkil edilən ekskursiyaya görə təşkilatçılara təşəkkür edib: "Şahmatçılar hər zaman oyun barədə düşünür. Adətən biz getdiyimiz şəhəri gəzə bilmirik. Təşkilatçılara təşəkkür edirəm ki, bizə Bakını göstərdilər. Çox sevdim bu şəhəri. Həm də qeyd edim ki, Azərbaycanda keçirilən turnirlərdə oyunum alınır. Ona görə bura gəlməyə şadam. Ağlar oyuna hazırlıqlı idi. Qara fiqurlarla inamlı gedişlər etməyə başladım. Sadəcə partiya heç-heçəyə gedirdi. Ona görə düşünmədən razılaşdıq. Liderliyə gəldikdə qarşıda 6 tur var. Hələ mübarizə irəlidədir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30