27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Elman Rüstəmov: "Şahmat üzrə Dövlət Proqramının daha 5 il müddətinə artırılması mümkündür"

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov jurnalistlərə açıqlamasında Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirindən danışıb. Futbolxeber.az-ın məlumatına görə, E.Rüstəmov şahmatın inkişafına dair imzalanan Dövlət Proqramının arıtılmasının mümkünlüyündən də söz açıb: "Qran-Pri şahmat sevərlər üçün əsl bayramdır. Bakıda 12 güclü şahmatçı mübarizə aparır. Biz onlar üçün hər cür şərait yaratmışıq. Sözsüz ki, çox istərdik bizim şahmatçılar qələbə qazansın. Həm Teymura, həm Şəhriyara ümid böyükdür. FİDE prezidenti Kirsan İlyumjinovla söhbət zamanı Azərbaycan prezidenti İlham Əliyevin şahmatın inkişafına dair imzaladığı Dövlət Proqramı müzakirə edildi. Proqramın icrası həyata keçirildi. Kütləvilik, şahmatın daha da populyarlaşması üçün işlər görüldü. Millimiz bu illərdə iki dəfə Avropa Çempionu oldu, SOCAR klubu sayəsində iki dəfə Avropa Kubokunu qazandıq.Dövlət Proqramının daha 5 il müddətinə artırılmasına zərurət yaranıb. Bəzi məsələlər var ki, onları reallaşdırmaq lazımdır. Şahmatın daha yüksək səviyyədə təqdim olunması üçün bu vacibdir. İnfrastruktur artıq yaradılıb. Ölkədə 65 uşaq şahmat məktəbi fəaliyyət göstərir. Eyni zamanda FİDE rəhbərliyini əmin etdik ki, Azərbaycan gələn Dünya Kuboku, 2016-cı ildə isə şahmat olimpiadasını yüksək səviyyədə keçirəcək”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30