27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Toğrul Əsgərovdan fiasko

Bu gün Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı start götürüb. Apasport.az saytının xəbərinə görə, qitə birinciliyi Azərbaycan millisi üçün uğursuz başlayıb. İlk gündə mübarizəyə qoşulan Olimpiya çempionumuz Toğrul Əsgərovun lazımı formadan çox uzaq olması ortaya çıxıb.
 
Belə ki, səfərə böyük ümidlərlə yollanan 22 yaşlı idmançı startdaca ciddi bir titulu olmayan bolqarıstanlı Borislav Novaçkova biabırçı hesabla uduzub. Düzdür, yeni – 65 kq çəki dərəcəsində qüvvəsini sınayan Əsgərov ilk hissəni 4:0 hesabı ilə öndə bitirib. Lakin yekunda nə az, nə çox - 8 xal fərqi ilə məğlub olub – 5:13.
 
Onun rəqibi Novaçkov isə finala kimi irəliləyə bilmədiyindən idmançımız təsəlliverici görüşlərə qatılmaq şansını da itirib.
 
Sərbəst güləşçimizin xalça üzərinə London Olimpiadasından 19 ay sonra qayıdışının belə alınacağı gözləniləndir. Çünki məşqlərdə az görünən Toğrul Azərbaycan çempionatına da qatılmamışdı.
 
Qeyd edək ki, Avropa çempionatının ilk günündə sərbəst və qadın güləşçilər yarışırlar. 
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30