4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

PFL-in prezidenti yenidən əməliyyat olunacaq, vitse-prezidenti isə palataya köçürülüb

Dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarının vəziyyəti açıqlanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Liv Bona Dea Hospitalın mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
 
PFL-in texniki-idman direktoru Elgiz Abbasov və icraçı direktoru Zaur Hacıməhərrəmovun ilkin müalicələri tamamlanıb və onlar evə buraxılıblar. Bundan sonra ambulator şəraitdə müalicə alacaqlar.
 
Bildirilib ki, PFL-in media və marketinq direktoru Sənan Abdullayevin ümumi vəziyyəti stabildir. Onun da müalicəsi tamamlanmaq üzrədir, önümüzdəki günlərdə evə buraxılması planlaşdırılır.
 
Sürücü Rasim Qafarlının bud-çanaq oynağının sınığına görə əməliyyatı planlaşdırılır.
 
Qeyd edilib ki, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin əməliyyat sonrası reanimasiya müalicəsi artıq bitib. Bu gün palataya köçürülüb. Stasionar şəraitdə müalicəsi davam etdirilir.
 
PFL-in prezidenti Elxan Səmədovun müalicəsi isə reanimasiya şəraitində davam edir. Qarşıdakı günlərdə ona müxtəlif nahiyələr üzrə ortopedik və rekonstruktiv əməliyyatlar planlaşdırılır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31