4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

PFL-in qəzaya düşən iki əməkdaşı evə buraxılıb

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) iki əməkdaşı xəstəxanadan evə buraxılıb.

Futbolxeber.az saytının "Azərtac"a istinadən verdiyi məlumata görə, bu haqda PFL-in media və marketinq direktoru Sənan Abdullayev bildirib. Qurumun icraçı direktoru Zaur Hacı-Məhərrəmov və texniki-idman şöbəsinin direktoru Elgiz Abbasovun müalicəsi başa çatıb. Həkimlərin qərarına əsasən, onlar müalicələrini ev şəraitində davam etdirəcəklər.

S.Abdullayev bildirib ki, iki gün sonra onun özünün də evə buraxılacağı gözlənilir.

Qurumun prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin isə son durumu ilə bağlı yenilik yoxdur. Hər iki şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, PFL-in 6 əməkdaşı dekabrın 16-da, saat 07:05 radələrində Xankəndiyə gedərkən qəzaya düşüblər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31