4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

"Qarabağ"ın oyununa görə “Koroğlu”da gücləndirilmiş iş rejimi tətbiq olunacaq

Bu gün “Qarabağ”ın Çempionlar Liqasındakı oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin “Koroğlu” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
 
Futbolxeber.az saytına bu barədə qurumdan bildirilib.
 
Qeyd olunub ki, müvafiq əməliyyat planına uyğun olaraq, qarşılaşmanın başlanma vaxtı ərəfəsində stansiyada iş rejimi dəyişdiriləcək.
 
Stansiyadan stadiona yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə növbətçilik cədvəli tərtib edilməklə işçi qüvvəsi ayrılacaq.
 
Gün ərzində qatarların hərəkət qrafiki yay iş rejimin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyat qatarların xəttə verilməsi diqqətdə saxlanılacaq. Oyuna çoxsaylı azarkeş marağını nəzərə alaraq, görüş qurtardıqdan sonra sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatması üçün qatarların daha intensiv hərəkəti təmin ediləcək. Həmçinin, zərurət yarandığı halda, ehtiyat qatarların müvafiq istiqamətlərdə xəttə buraxılması xüsusi nəzarət altında təşkil olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31