4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

SOCAR və “Qalatasaray” arasında sponsorluq müqaviləsi imzalandı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin “Qalatasaray” klubu arasında sponsorluq müqaviləsi imzalanıb.

Futbolxeber.az saytının məlumatına görə, imzalanma mərasimi “Ali Sami Yen” İdman Kompleksində gerçəkləşib.

Üçillik sponsorluq sözləşməsinin ümumi dəyəri 15 000 000 avro təşkil edir.

Anlaşmaya əsasən, “Qalatasaray” 2023/2024 mövsümündə UEFA-nın bayrağı altında təşkil olunan bütün rəsmi klub turnirlərində (Çempionlar Liqası, Avropa Liqası ve Konfrans Liqası daxil olmaqla) sinəsində SOCAR yazısı olan formada çıxış edəcək.

“SOCAR Türkiyə” şirkətinin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov Türkiyə nəhəngi ilə birlikdə uzun bir yola çıxdıqlarını söyləyib: “Türkiyədə idmana verdiyimiz dəstəyə yeni bir halqa əlavə edirik. “Qalatasaray”dan UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qələbə ilə yoluna davam etməsini gözləyirik. “Qalatasaray”ın bütün sahələrdə uğurlar qazanacağına, kuboku da burada görəcəyimiz günlərin yaxın olduğuna inanırıq”.

“Qalatasaray”ın prezidenti Dursun Özbek SOCAR-la əməkdaşlıqdan məmnun olduqlarını bildirib: “Avropada böyük hədəflərə doğru irəlilədiyimiz bu yolda SOCAR-ın yanımızda olması bizim üçün çox dəyərlidir. Bu əməkdaşlığın təməli qardaş klubumuz “Qarabağ”la Bakıda keçirdiyimiz oyunda qoyuldu”.

İmzalanma mərasimində iştirak edən “Qalatasaray”ın futbolçuları Kerem Aktürkoğlu, Yunus Akgün və Lukas Toreyra dəstəyə görə SOCAR-a təşəkkürlərini bildiriblər.

Sonda Dursun Özbek Elçin İbadova “Qalatasaray”ın formasını hədiyyə edib.

Qeyd edək ki, SOCAR, həmçinin, mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna da sahib olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31