29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Minifutbol

AFFA və "PAŞA Sığorta" arasında VAR sisteminin sponsorluğu ilə bağlı müqavilə imzalanıb

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA ilə “PAŞA Sığorta” şirkəti arasında VAR sisteminin sponsorluğu ilə bağlı müqavilə imzalanıb.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumatab görə, bir illik müddətə imzalanan müqaviləyə əsasən, Bakı Olimpiya Stadionunda yerləşən VAR otaqları “PAŞA Sığorta VAR otaqları” adlanacaq.

Müqaviləni AFFA-nın baş katibi Sərxan Hacıyev və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova imzalayıblar. 

Sərxan Hacıyev: "Azərbaycan futbolunda VAR - videoköməkçi hakim sisteminin tətbiqi ilə bağlı prosedur qaydalara uyğun olaraq işlər görülür. Çox şadıq ki, bu sistemin tətbiqində də "PAŞA Sığorta" bizə öz dəstəyini göstərdi. AFFA ilə "PAŞA Sığorta" arasında 2010-cu ildən başlayaraq səmərəli əməkdaşlıq mövcuddur. İnanırıq ki, qarşılıqlı əməkdaşlığımız hər iki tərəf üçün faydalı və uzunmüddətli olacaq".

Ülviyyə Cabbarova: "Bu gün imzaladığımız sponsorluq müqaviləsinin həm "PAŞA Sığorta", həm də Azərbaycan futbolu üçün uğurlu olacağına əminik. Qeyd olunduğu kimi, AFFA ilə uzunmüddətli əməkdaşlığımız mövcuddur və bu əməkdaşlığın daha da inkişaf etməsi hər birimizi sevindirir. Ümid edirik ki, VAR sisteminin tətbiqinə verdiyimiz dəstəklə, eyni zamanda, futbol hakimliyində ədalətin daha da çox təmin olunmasına töhfəmizi vermiş olacağıq. Çünki VAR sisteminin əsas məqsədi məhz ədalətli qərarların verilməsinə yardımçı olmaqdır".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30