1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Minifutbol

Səmədağa Şıxlarov torpağa tapşırıldı

Ötən gün avtomobil qəzasında vəfat edən "Neftçi"nin veteran futbolçusu Səmədağa Şıxlarov dəfn edilib.
 
Futbolxeber.az saytının məlumatına görə, mərhum Şirvan şəhərində valideynlərinin yanında torpaşa tapşırılıb.
 
Qeyd edək ki, Səmədağa Şıxlarov 1955-ci ildə Salyan rayonunun Xıllı kəndində anadan olub. O, karyerası ərzində "Neftçi" "Xəzər Sumqayıt", "Avtomobilçi", "MOİK Kiyev", "Kəpəz" və "Çıraqqala Siyəzən" komandasında çıxış edib. Keçmiş forvard 1982-ci ildə iki dəfə SSRİ-nin U-21 yığmasının formasını geyinib.
 
S.Şıxlarov 2004-cü ildə "Neftçi-2"nin, bir il sonra isə "Şirvan"ın baş məşqçisi olub. Mütəxəssis 2006-2008-ci illərdə "Olimpik"də, 2008-ci ildə "Neftçi" və AZAL-da köməkçi məşqçi funksiyasını yerinə yetirib.
 
Veteran futbolçu son illər Azərbaycan Həndbol Federasiyasında çalışıb.
 
İyunun 1-də Bakının Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində S.Şıxlarovu markalı avtomobil vurub. O, hadisə yerində dünyasını dəyişib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31