4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

AMADA ilə Polşa Antidopinq Agentliyi arasında görüş olub

Bu gün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Polşa Antidopinq Agentliyi (POLADA) arasında əməkdaşlıq görüşü keçirilib.

Futbolxeber.az saytına AMADA-dan verilən məlumata görə, hər iki qurumun rəhbər şəxsləri və digər əməkdaşlarının iştirak etdiyi görüş videokonfrans formatında baş tutub.

Görüşdə əsasən 2021-ci ildə qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi və COVİD-19 pandemiyası dövründə dopinq nəzarətinin həyata keçirilməsi, o cümlədən, təhsil və maarifləndirmə işlərinin təşkili məsələləri müzakirə edilib.

Tədbirdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi ilə bağlı Azərbaycanda görülən işlərdən danışaraq həyata keçirilən tədbirlərdən bəhs edib. Azərbaycan təcrübəsini polşalı həmkarları ilə bölüşən Ş.Hüseynli bildirib ki, Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi proqramı il ərzində mərhələli şəkildə həyata keçirilir. Yeni məcəllə qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsi zərurəti yaradır.

Məcəllədəki dəyişikliklər və yeniliklər ətraflı öyrənildikdən sonra qanunvericiliyə müvafiq dəyişiklik layihəsi hazırlanaraq Ümumdünya Antidopinq Agentliyinə (WADA) təqdim edilib. Layihə təsdiq edildikdən sonra isə aidiyyəti yerli dövlət qurumlarına göndərilib.  Hazırda layihə tamamlanma mərhələsindədir.

Görüşdə COVİD-19 pandemiyası dövründə dopinq nəzarətinin həyata keçirilməsi məsələsi də ətraflı müzakirə edilib. Tərəflər öz təcrübələrini bölüşüb və prosesin daha effektiv təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31