4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

İslam Həmrəyliyi Oyunlarının Könüllüləri arasında sorğu keçirilib

2017-ci il 12-22 may tarixləri arasında Bakı şəhərinin ev sahibliyi edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunları nəzdində fəaliyyət göstərən “Könüllülər Proqramı”na müraciət etmiş namizədlər arasında bu proqramın özəlliklərini müəyyən etmək məqsədi ilə sorğu keçirilib.
 
1000 nəfər namizəd arasında keçirilən sorğunun əsas məqsədi onları Bakı 2017 Könüllülük Proqramına müraciət etməyə ilhamlandıran səbəbləri, həmçinin, layihədən gözləntilərini öyrənmək olub.
 
Sorğu nəticəsində müəyyən olunub ki, Oyunların bir parçası olmaq arzusunda olan könüllülərin 24%-i bundan öncə ilk Avropa Oyunlarında fəaliyyət göstərənlərdir. Digər, 76% namizəd isə, ilk dəfə olaraq könüllü qismində özlərini beynəlxalq səviyyəli idman yarışında sınayacaqlar ki, bu da onların gələcək həyatlarında parlaq səhifə olacaq.
 
IV İslam Həmrəyliyi Oyunları Könüllülük Proqramının gənclərdə ən çox nə üçün maraq oyatdığı sualına gəldikdə isə, cavablar biliklərin artırılması, iş həyatına müsbət töhfə verilməsi, onların özünə olan inam və güvəninin artması, ən ümdəsi isə tarixi idman yarışlarının bir hissəsi olmaq olub.
 
Sorğu zamanı iştirakçılara verilən digər suallardan biri isə, oyunlardan gözləntilərinin nə olması ilə bağlı olub ki, 58% gənc bu suala təcrübə deyə cavab verib. Bununla yanaşı, yeni dostlar qazanmaq, ölkəmizə təşrif buyuracaq müxtəlif ölkələrin nümayəndələri ilə ünsiyyət qurmaq imkanları, təcrübə qazanmaq, yeni biliklər əldə etmək kimi məqamlar da sorğu əsnasında xüsusi olaraq vurğulanıb.
 
Qeyd edək ki, 17 oktyabr 2016-ci il tarixində startı verilmiş Bakı 2017 Könüllülük Proqramına qeydiyyatdan keçmiş namizədlər noyabr ayından başlayaraq gündəlik olaraq müsahibələrə dəvət olunur. Fevral ayınadək davam edəcək seçim mərhələsinin sonunda 6000 könüllü bu tarixi idman bayramının bir hissəsi olmaq fürsətini qazanaraq, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına cəlb ediləcək. Könüllülük Proqramı ilə bağlı son yenilikləri Bakı 2017 Könüllülərinin Facebook səhifəsindən izləyə bilərsiniz.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31