4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

Maşallah Əhmədov vurduğu ziyanın 50 min manatını sabah ödəyəcək

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib. 
 
Futbolxeber.az-ın APA-ya istinadan məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov bildirib ki, M. Əhmədov ona 50 min manatı sabah versə, qalan 78 min manat borcu başqa vaxt ala bilər.
 
M. Əhmədov isə 50 min manatı sabah verəcəyini deyib.
 
Buna görə prosesi sabahadək təxirə salınıb.
 
* * *
 
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.  Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhmədov vurduğu ziyanın 50 min manatını ödəyə biləcəyini deyib.
 
Zərərçəkənlər isə buna etiraz edib və dəymiş ziyanın tam ödənilməsini istəyib.
 
Məhkəmədə fasilə elan olunub. Fasilədən sonra qərar açıqlanacaq.
 
Qeyd edək ki, prokuror Maşallah Əhmədova 9 illik həbs cəzası istəyib.
 
Xatırladaq ki, Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31