9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Minifutbol

"İnter"in prezidenti PFL-ə söz atdı

"İnter"in prezidenti Georgi Nikolov klubun saytında növbəti bloqunu yazıb. Futbolxeber.az-ın məlumatına görə, klub rəsmisi bu dəfə PFL-ə söz atıb. Nikolovun "Conun qızıl topları" başlıqlı həmin yazısını təqdim edirik:

"Bir müddət əvvəl hörmətli cənab Toşakın fikirlərini oxudum. O bildirib ki, PFL hər oyun üçün komandalara yeni toplar verməlidir. Prinsipcə hər şey düzgündür. Toşak kimi peşəkarı da anlayıram, bu, oyunun keyfiyyətini daha da artıracaq. Təbii ki, bu həm də topların istehsal olunduğu Pakistanın, Vyetnamın iqtisadiyyatı baxımından da yaxşı olacaq.

Bəlkə də bilmirsiz, peşəkar tennisdə toplar hətta oyunun gedişində bir neçə dəfə dəyişir. İlk əvəzetmə 9 geymdən sonra baş tutur. Daha sonra isə hər 7 geymdən bir. Heç kim də gileylənmir.

Məsələ bunda deyil. Tutaq ki, hər oyun üçün 10 top lazımdı. Hər topa isə 100 manat dəyərindədi. Burdan aydın olur ki, hər matç üçün bu "əməliyyat" 1000 manata başa gəlir. Gəlin, bütün çempionat üçün balansı hesablayaq - 36 oyun х 10 komanda х 10 top х 100 manat = 360 000 manat! Bura kubok oyunları və məşqlər zamanı istifadə olunacaq topları da əlavə etsək, məbləğ 400 000 manata qədər artır. Buna heç şübhə də etməyin.

Həqiqətəndə Toşak düşünür ki, PFL bütün bunları klublar üçün havayı edəcək? Mən inanmıram. Bütün bu peşəkar rahatlıq klubların büdcəsinə öz təsirini göstərəcək.

Uzun sözün qısası, toplar qızıl dəyərindədir". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31