20 May 2024, Bazar ertəsi
"Ən zəif oyunlarımızdan biri idi"
"Qəbələ"dən ardıcıl 3-cü qələbə
Miodraq Bojoviçdən qələbə şərhi
"Zirə" və "Neftçi"dən vacib qələbə

Digər idman növləri

Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub

Naxçıvan şəhərində "Sağlam həyat" günləri təşkil olunub.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə nümayəndə heyəti və digər rəsmi şəxslər idmançıların nümunəvi çıxışlarına tamaşa ediblər.

Tədbirdə müxtəlif yaş qruplarından olan iştirakçılar qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Fərid Qayıbov həmçinin idman federasiyalarının nümayəndələri ilə 14-cü dəfə görüşüb. Ənənəyə uyğun olaraq, bu dəfə də görüş paytaxtdan kənarda, Naxçıvan şəhərində keçirilib.

Muxtar Respublikanın Gənclər və İdman Nazirliyində təşkil olunan görüşdə Fərid Qayıbov Bakı şəhərinin 2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib və son vaxtlar görülən işlər, qarşıda duran vəzifələr haqqında danışıb.

Görüşün gündəliyinə əsasən, Paris-2024 Yay Olimpiya Oyunlarına idman növləri üzrə hazırlıq, Türkiyə - Azərbaycan gənclər və idman sahəsində əməkdaşlıq, işçi qrupunun ikinci iclası barədə fikir və təkliflər dinlənilib.

Görüşdə həmçinin milliləşdirilmiş idmançılarla bağlı məsələlər, “Üzməyi öyrənək” layihəsinin gedişatı haqqında fikir mübadiləsi aparılıb. İdman federasiyalarının sosial media hesabatı və digər məsələlər müzakirə edilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31