20 May 2024, Bazar ertəsi
"Ən zəif oyunlarımızdan biri idi"
"Qəbələ"dən ardıcıl 3-cü qələbə
Miodraq Bojoviçdən qələbə şərhi
"Zirə" və "Neftçi"dən vacib qələbə

Ölkə futbolu

"İmarət"dən yeni görüntülər

"Qarabağ"ın işğal dövrünə qədər ev oyunlarını keçirdiyi Ağdamın "İmarət" stadionunun son dron görüntüləri yayımlanıb.

Futbolxeber.az saytının məlumatına görə, görüntülər feysbukdakı "Ağdam və mən" səhifəsində paylaşılıb.

Videoda Qarabağ xanlarına məxsus olmuş "İmarət" sarayında yenidənqurma və bərpa işlərinin getdiyi görünür.

Rəsmi məlumata görə, ilkin konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, məqbərələr, kassa, məlumat mərkəzi və Qarabağ atları parkından ibarət olacaq. Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Ağdamın "İmarət" adlanacaq yeni stadionun isə şəhərin başqa bir ərazisində tikiləcəyi nəzərdə tutulur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31