26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Minifutbol

"Köhnə qitə"nin yeni "Münəccim"i: Yarımfinal mərhələsinin startı lideri dəyişdirdi

İyunun 11-də Avropa çempionatının final mərhələsi - AVRO-2020 start götürdü. Sport24.az saytının təşkilatçılığı və AFFA-nın dəstəyi ilə “Köhnə qitə”nin “yeni MÜNƏCCİM”i layihəsində artıq yarımfinal mərhələsi start götürdü.

Pley-offdan başlayaraq yarışmamızda yeni mərhələ olub ki, hər növbəti mərhələdə düzgün verilən proqnozun dəyəri 2 dəfə artırılıb. Yəni, yarımfinalda iştirakçı müvafiq qaydada düzgün nəticəyə görə 24, qalibi düzgün müəyyənləşdirmək şərtilə top fərqini də tapdıqda 16, sadəcə, qalibi müəyyənləşdirdikdə isə 8 xal qazanır. Matçın heç-heçə bitəcəyini proqnozlaşdırdıqda iştirakçı minimum 16 xal qazanır. Çünki bütün hallarda top fərqi "0" olacaq. Heç-heçə bitən qarşılaşmanın dəqiq hesabını tapan iştirakçı isə aktivinə 24 xal yazdırır. Ən vacibi, hesab 90 dəqiqəyə nəzərə alınır. Yəni 30 dəqiqəlik əlavə vaxt və oyunsonrası penaltilər seriyası nəzərə alınmır.

Beləliklə, ilk yarımfinal matçları uzun fasilədən sonra lider dəyişikliyinə səbəb olub. Belə ki, hələ qrup mərhələsində II turdan sonra vahid lider olan Mehman Süleymanov mövqeyini əldən verib. İtaliya və İspaniyanın görüşünün 90 dəqiqədə 1:1 hesabıyla bitməsi 24 iştirakçımızdan 4-nə xal qazandırıb. Bunlardan iki həmkarımız - Faiq Tahirovla Tahir Hümmətov hesabı dəqiq tapdıqlarına görə aktivlərinə 24 xal yazıblar. Yeni lider də daha çox xalı olan Tahiriovdu ki, Hümmətov onun ən yaxın izləyicisidi. Süleymanov isə 3-cü pilləyə enib.

Təcrübəli həmkarımız Mahir Rüstəmliylə "Qəbələ"li Zaur Əzizov da heç-heçədən qazanıblar. Sadəcə, onlar 2:2 hesabını proqnoz verdiklərindən hesablarına 16 xal yazıblar və Süleymanova yaxınlaşaraq ilk "5-liy"i qapayırlar.

Turnir cədvəli: Faiq Tahirov - 79, Tahir Hümmətov - 75, Mehman Süleymanov - 71, Mahir Rüstəmli - 70,  Zaur Əzizov - 67, Şahin Diniyev - 65, Kənan Məstəliyev - 54, Rüstəm Allahverdiyev - 52, Arif Əsədov, Elman Himayətoğlu - hər ikisi 47, Aslan Şahgəldiyev - 46, Aslan Kərimov, Firuz Abdulla, Samir Əliyev - hər üçü 44, Ruslan Mikayıllı - 42, Mahmud Qurbanov - 41, Rəşad Məmmədov, Eldəniz Yusifov - hər ikisi 40, Elnur Həmidov - 39, Nicat Zülfülü - 38, Yunis Hüseynov - 36, İbrahim Cəfərov - 30, Gündüz Abbaszadə - 29, Şəmsəddin Abbasov - 27.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30