Minifutbol
Bakıya gələcək milliləri doğru təxmin et - 2 bilet qazan!
Avro-2020-nin 3 qrup və bir 1/4 final mərhələsi oyununa ev sahibliyi edəcək Bakı azarkeşlərə böyük futbol həyəcanını yenidən yaşadır. İndi hər kəsin gözü noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək final mərhələsinin püşkatma mərasimindədir. Püşkatma nəticəsində Bakıya gələcək milli komandaların adları bəlli olacaq.
Püşkatmaya olan marağı nəzərə alaraq, futbolda təxminlərinə güvənənlər üçün Avro-2020-nin rəsmi saytında xüsusi bölmə yaradılıb (http://baku2020.az/az/prediktor). Futbol intuisiyanız sizi yanıltmırsa və Bakıya gələcək millilərin adlarını doğru təxmin edəcəyinizi düşünürsünüzsə, o zaman bu oyun sizin üçündür!
Yalnız noyabrın 28-dən 30-dək http://baku2020.az/az/prediktor linkinə daxil olaraq qeydiyyatdan keçirsiniz və təxminləriniz əsasında Bakıya gələcək milli komandaların adlarını qeyd edirsiniz. Püşkatmadan sonra, dekabrın 2-də doğru təxmin yazan iştirakçılar arasında təsadüfi seçim aparılacaq. Adı qaliblər sırasında çıxan ilk 5 nəfərə Avro-2020-nin Bakıda keçiriləcək oyunlarından birinə 2 bilet hədiyyə olunacaq.
Təxminlərlə bağlı qeydlərimiz
Bakı A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə birlikdə ev sahibliyi edəcək. Azərbaycan milli komandası turnirin final mərhələsinə vəsiqə qazanmadığı üçün İtaliya millisi hər üç oyununu öz meydanında keçirəcək.
Bundan əlavə, Millətlər Liqasının 4 pley-off qalibi A qrupuna düşə bilməz. Bu səbəbdən dördüncü səbətdən Finlandiya və ya Uels millisi paytaxtımızda qonaq olacaq. Birinci səbətdən heç bir milli komanda A qrupunda yer ala bilməz. Çünki artıq İtaliya millisi birinci səbətdən A qrupunda yerini təmin edib. Eyni zamanda, ikinci səbətdən Rusiya və Danimarka, üçüncü səbətdən isə Niderland ev sahibi ölkələr olduqları üçün artıq yer aldıqları qruplar bəllidir.
Biz əsas nüansları qeyd etdik, indi növbə sizindir. Təxminlərinizi qeyd edin və Bakıda keçiriləcək futbol bayramının bir hissəsi olun.
Milli komandalar hansı səbətdədir?
Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi öncəsi səbətlərin tərkibi müəyyənləşib. Turnirdə iştirak edəcək 24 komanda 4 səbətə bölünüb. AÇ-2020-yə Millətlər Liqası vasitəsilə vəsiqə qazanacaq 4 komanda 4-cü torbada olacaq.
Rusiya və Danimarka milliləri turnirin ev sahibləri kimi avtomatik olaraq çempionatın B qrupunda yer alıblar. Final mərhələsinin püşkatma səbətlərinin tərkibi təsnifat turnirinin yekunlarına əsasən komandaların reytinqi əsasında müəyyən olunub. Seçmə mərhələnin bütün oyunlarında qələbə qazanmış Belçika və İtaliya milliləri İngiltərə, İspaniya, Ukrayna və Almaniya komandaları ilə birlikdə birinci səbətdə yer alıblar. İtaliya, İngiltərə, İspaniya və Rusiya Avropa çempionatının ev sahibləridir. Rusiya və Ukrayna milliləri püşkatma zamanı ayrı-ayrı qruplara salınacaq. Beləliklə, Belçika avtomatik olaraq Rusiya millisi ilə eyni qrupa düşəcək.
İkinci səbətdə Rusiya millisi ilə bərabər, Fransa, Polşa, İsveçrə, Xorvatiya və Niderland komandaları təmsil olunublar. Üçüncü səbətə Danimarka, Portuqaliya, Türkiyə, Avstriya, İsveç və Çexiya komandaları daxil olub. Dördüncü səbətdə Uels və Finlandiya yığmaları, habelə Millətlər Liqasının təmsilçiləri arasında pley-offun dörd qalibi təmsil olunacaq.
Səbətlərin tərkibi belədir:
1-ci səbət: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna
2-ci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya
3-cü səbət: Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya
4-cü səbət: Uels, Finlandiya, Millətlər Liqasından gələcək 4 komanda
Püşkatma mərasimi noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək. Mərasim ROMEXPO sərgi mərkəzində olacaq və Mərkəzi Avropa vaxtı ilə 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.
Kim iştirak edir?
Turnirdə 24 komanda 6 qrupda mübarizə aparacaq. Öz qrupunda ilk iki yeri tutan komandalar, habelə üçüncü yerləri tutmuş dörd ən yaxşı komanda 1/8 finala çıxacaqlar.
Bir sözlə, təsnifat mərhələsinin (2019-cu ilin noyabrında başa çatıb) 10 qrupunda birinci və ikinci yerləri tutmuş komandalar, həmçinin pley-off oyunlarının (2020-ci ilin martında keçiriləcək) dörd qalibi iştirak edəcəklər. Sonuncular püşkatmada "Pley-off oyunlarının qalibi 1", "Pley-off oyunlarının qalibi 2", "Pley-off oyunlarının qalibi 3" və "Pley-off oyunlarının qalibi 4" kimi təqdim olunacaqlar.
Püşkatma proseduru necədir?
24 komanda hər birində 4 ölkə olmaqla, 6 qrupa bölünəcək. avro-2020-nin ev sahibləri cütlüklərə bölünərək bir qrupa yerləşdiriləcək. Bütün digər məhdudiyyətləri və səpələnməni püşkatmadan əvvəl elan edəcəklər.
Səpələnmə necə müəyyən olunacaq?
Səpələnmə reytinq əsasında və təsnifatın nəticələrinə görə bu meyarlara əsasən müəyyən olunur:
a) Qrupda yekun yer
b) Xallar
c) Vurulan və buraxılan topların fərqi
d) Vurulan toplar
e) Səfərdə vurulan qollar
f) Qələbələrin sayı
g) Səfər qələbələrinin sayı
h) Daha aşağı intizam göstəricisi (qırmızı vərəqəyə görə 3 xal, o cümlədən ikinci xəbərdarlığa görə avtomatik olaraq alınan qırmızı vərəqəyə və sarı vərəqəyə görə 1 xal)
i) Millətlət Liqasının reytinqi (Millətlər Liqasının reqlamenti)
Pley-off oyunlarının qalibləri dördüncü səpələnmə səbətinə düşəcəklər.
Niyə bəzi komandalar üçün artıq qruplar bəllidir?
Final mərhələsinə çıxa bilən Avro-2020-nin meydan sahibləri olan millilər avtomatik olaraq öz meydanlarında ən azı iki oyun keçirmək üçün müvafiq qruplara düşəcəklər.
A qrupu: İtaliya, Azərbaycan
B qrupu: Rusiya, Danimarka
C qrupu: Niderland, Rumıniya
D qrupu: İngiltərə, Şotlandiya
E qrupu: İspaniya, İrlandiya
F qrupu: Almaniya, Macarıstan
Əgər qrupdakı hər iki meydan sahibi Avro-2020-yə çıxsalar, onların görüşünün harada olacağını müəyyən etmək üçün püşk atılacaq. Əgər meydan sahiblərindən hansısa pley-off mərhələsində oynasa, əlavə püşkatmaya da ehtiyac ola bilər.
Final mərhələsi necə keçəcək?
Açılış oyunu Romada iyunun 12-də olacaq və Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da başlayacaq. Qrup mərhələsi iyunun 24-də başa çatacaq, bir gündə 4-ə qədər oyun olacaq. Oyunların vaxtları sonra bildiriləcək; üçüncü turda hər qrupun oyunları eyni vaxtda keçiriləcək. 1/8 finala hər qrupdan iki güclü yığma və dörd üçüncü yer sahibi çıxacaq. Yarımfinallar və final Londonun "Uembli" stadionunda keçiriləcək.
Final mərhələsinin təqvimi ilə buradan tanış olun.
Hardan izləyək?
İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələnib.
Bakı vaxtı ilə saat 21:00-da başlayacaq final mərhələsinin püşkatma mərasimini İctimai Televiziya vasitəsilə canlı izləyə biləcəksiniz.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO