26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Minifutbol

“Qəbələ”də növbəti ayrılıq yaşandı

“Qəbələ”nin meneceri Səməd Nəsibov klubdan ayrılıb.

Futbolxeber.az saytının məlumatına görə, o, bu barədə Feysbuk səhifəsində yazıb:

“Hər şeyin bir əvvəli var, bir sonu. Bugün artıq 10-cu ildi çalışdığım “Qəbələ” klubundan ayrıldım. “Hyundai”, “Sarar”, “Acıbadəm”, “Avis” kimi beynəlxalq brendlərin klubla əməkdaşlığına nail olmaq, 3 “Gabala Cup”ın, “Jalə” kubokunum təşkilatçılığını etmək. “Gabala Cup”ın bir dəfə “Ntv Spor”, bir dəfə də TRT-də yayımına nail olmaq, klub üçün fanşop qurmaq, klubu sosial şəbəkələrə çıxarmaq, 3 boks yarışı və bir Gloria tədbirinin əsas təşkilatçılığını eləmək (biri Eurosport kanalı ilə canlı yayımlanıb), iki il Avroliqa qruplarında iştirak, “Neftçi” ilə final oyununda 15 min tamaşaçı üçün hər oturacağa bayraq ideyasını ilk dəfə həyata keçirmək kimi önəmli fəaliyyətlərə imza atmaq düşdü qismətimə bu on ildə. Bu işlərin hamısından üzüağ çıxıb klubumun başını dik eləmişəm. Amma mənə ən zövq verən fəaliyyətimin ən uğursuz görünən tərəfi idi. Azarkeşlərlə iş! “Qəbələ” üçün darıxacam. Amma ən çox azarkeşlər üçün. Artıq klub rəsmisi olmadığım üçün rahat danışa bilərəm. Futbolumuzun gələcəyi akademiyalar, uşaq futbolu deyil, azarkeşlərdi. Uzun sözün qısası yeni bir başlanğıc üçün son dayanacağa gəldim. “Qəbələ”yə yeni mövsümdə uğurlar diləyirəm”.

Qeyd edək ki, Səməd Nəsibov klubda marketinq məsələləri üzrə menecer vəzifəsində çalışıb. O, bundan sonra hansı sahədə fəaliyyət göstərəcəyini bilmədiyini də yazıb.

Xatırladaq ki, daha əvvəl “Qəbələ”nin başqa bir meneceri Səbuhi Səfiyarlı ilə də yolları ayırmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30