26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Minifutbol

"Marca": "Qarabağ" Avropa nəhənglərinə belə xeyir verdi"

"Qarabağ" Avropa nəhənglərinə belə xeyir verdi".
 
Futbolxeber.az-ın məlumatına görə, İspaniyanın nüfuzlu "Marca" nəşri "Atletiko"nun Avropa Liqasının 1/8 final mərhələsində Rusiya "Lokomotiv"ini üstələməsinə dair yazıya bu cür sərlövhə qoyub.
 
Məqalədə madridlilərin "dəmiryolçular"ını hər iki oyunda darmadağın edərək, 1/4 finala yüksəldiyi cavab görüşündən bəhs edilib. Hazırkı "Atletiko"nun Avroliqanın qalibi olmağa əsas namizəd olduğunu yazan nəşr klubu mərmidən də betər daşa bənzədib. Əvəzində digər böyük komandaların Çempionlar Liqasında belə güclü rəqiblə üz-üzə gəlməyəcəyi səbəbindən rahat nəfəs aldıqları vurğulanıb.
 
Dieqo Simeonenin baş məşqçi olduğu komanda Çempionlar Liqasının C qrupunda "Qarabağ"la qarşılaşmalardan heç-heçələrlə (Bakıda 0:0, Madriddə 1:1) ayrılıb və nəticədə 7 xalla 3-cü yeri tutaraq, mübarizəni qitənin ən nüfuzlu klub turnirində davam etdirə bilməyib. Əvəzində yoluna Avroliqada davam edən "Atletiko" 1/16 finalda Danimarka "Kopenhagen"ini (səfərdə 4:1, evdə 1:0), 1/8 finalda isə "Lokomotiv"i (evdə 3:0, səfərdə 5:1) üstələyib. 1/4 final mərhələsinin püşkü bu gün atılacaq.
 
C qrupunda ilk 2 yeri tutan komandalardan İtaliya "Roma"sı Çempionlar Liqasının 1/8 finalında Ukrayna "Şaxtyor"unu (səfərdə 1:2, evdə 1:0) rəqib meydanında vurduğu qol sayəsində keçib. İngiltərənin "Çelsi" klubu isə İspaniya "Barselona"sına iki oyunun yekununda (evdə 1:1, səfərdə 0:3) uduzaraq, mübarizəni dayandırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30