27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Minifutbol

BƏY HAVASI

20 sentyabr Azərbaycan üçün bir çox hadisə ilə əlamətdardır. Onlara daha biri əlavə olundu. Bakı 2019-cu ildə Avropa Liqasının finalını qəbul edəcək. Amma mənim üçün bütün bu tarixi olaylardan daha önəmlisi "Mirvari Plaza"da həmin gün keçirilən toy idi. Çünki bu toyda iki dəyərli insan ailə qururdu!

Firuz Abdullanı futbolsevərlər yaxşı tanıyır. AFFA-dakı fəaliyyəti, CBC Sportdakı şərhləri və "Kalçomanıya" verilişi öz yerində, ən əsası adam kimi adamdı.

Firuzun Bütov Azərbaycan boyda ürəyi var! Ömrümdə ilk dəfə iştirakçısı olduğum toyda əzəmətli "Bəy havası"nın sədalarını duyanda buna növbəti dəfə şahid oldum...

...Firuz əzəmətlidi. İdman jurnalistlərinin maddi durumundan danışıb kiminsə cırıq ayaqqabı ilə oyuna gəldiyini deyib kövrələcək qədər...

...Firuz oğuldu. Sıfırdan başlayıb köməksiz, pulsuz-parasız bütün tanıyanların hörmətini və sevgisini qazanacaq qədər...

...Firuz dəryadı. Hər Facebook statusunu diqqətlə oxuyun, özünüz üçün ən azı yeni bir söz, mənalı bir fikir kəşf edəcəksiz. Hər sözü-söhbəti duzlu və ibrətamizdi...

...Firuz istedaddı. "İstedadlı adam hər şeydə istedadlıdı" sözləri sanki futbol oynamaqda, yazı-pozuda, ən əsası insanlıqda "vergili" olan Firuza deyilib. Heyf ki, belələrinə qarşı həmişə paxıllıq olub...

...Azərbaycan tarixinin ilk qadın futbol şərhçisi Səmra Əliyeva Firuz Abdullanın ömür-gün yoldaşı oldu. Firuz haqda dediyim sözlərin daha çoxu Səmraya aiddi.

Deyirlər hər ailədə söz-söhbət olur. Yalan sözdü! Firuz və Səmra kimi dəyərli insanların ailəsində söz-söhbət yox, vətəni ən azı valideynləri kimi şərəfləndirəcək övladlar, nəvələr, nəticələr, kötücələr olacaq. Bu, genetika işidi. Firuz-Səmra cütlüyü o qədər idealdı ki, hətta TV-də futbola baxmaq mövzüsunda da mübahisə olmayacaq!

...Sanki, Arazın o tayı ilə bu tayı birləşib.

Allah bu ideal cütlüyün xoşbəxtliyini əbədi eləsin!

Anar ŞABANOĞLU




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30