26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Minifutbol

Əliyar Ağayev ABŞ-a köçüb, ya yox?

Topaz Premyer Liqasının 2-ci turunda keçirilən “Qəbələ” – “Sumqayıt” matçından sonra qarşılaşmanı idarə edən Əliyar Ağayevi “gördüm” deyən olmayıb.
 
Futbolxeber.az xəbər verir ki, FİFA referisi matçın ertəsi gün okeanın o tayına yollanıb. ABŞ hökümətinin keçirdiyi viza lotoreyası sayılan “Green Card”ın qalibi olan Ağayevdən elə o gündən xəbər yox idi.
 
Fit sahibinin bu şansdan yararlanıb orada qalacağı, yoxsa vətənə dönəcəyi haqda məlumat tapmaq çətin idi. Təbii ki, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun telefon zənglərinə cavab verməməsi də Ağayevlə bağlı sualları cavabsız qoyurdu. Belədə məcbur qalıb Əliyarın atası Kərim bəylə əlaqə saxladıq. Sabiq laysman oğlu ilə bağlı məsələyə aydınlıq gətirdi:
 
“Əliyar ABŞ-a “Green Card”la bağlı getmişdi. Amma artıq yoldadı, vətənə qayıdır. Əliyarın ABŞ-a köçmək planı yoxdu. Sadəcə, qalib olduğuna görə vizası var, ildə 2 dəfə gedə bilər. O, hüququndan istifadə edib”.
 
Qeyd edək ki, “Qəbələ” – “Sumqayıt” matçındakı idarəçiliyinə görə Əliyar 3 oyunluq cəzaya məruz qalıb.

futbol11.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30