27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Minifutbol

Sralidze: “Əcnəbilər “Atletiko”nun formasındakı yazıya görə Azərbaycanla maraqlanırdılar”

Tanınmış idman eksperti, prodüser, “Vesti FM” radiosunun aparıcısı Georgi Saralidze Tiflisdə keçirilən Cənubi Qafqaz media forumunda Azərbaycanda idmana qoyulan sərmayələrdən danışıb.

Futbolxeber.az saytının haqqın.az-a istinadən verdiyi məlumata görə, Saralidze bir neçə il əvvəl “Bakı” futbol klubunun Madrid “Atletiko”su ilə əməkdaşlığını ölkəmizin imici baxımından çox müsbət dəyərləndirib:

“Mən dəfələrlə Bakıda olmuşam. Onların təşkilatçılıqları möhtəşəmdir. Avropa Oyunları, bu yaxınlarda keçirilən Formula 1 Bakı Qran Prisi və s.

Bir vaxtlar “Atletiko” üzərində “Azerbaijan” (Land of Azerbaijan” - red.) yazılmış forma ilə oynayarkən Çempionlar Liqasının finalına yüksəldi. Əcnəbilər məndən soruşurdular ki, bu nədir? Onlar Azərbaycan kimi ölkə ilə çox ciddi şəkildə maraqlanırdılar”.

Ekspert bildirib ki, Azərbaycanın imici baxımıdan idman ən düzgün yatırım edilməli sahəsdir.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30