26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Minifutbol

Qurban Qurbanovun anası dəfn edilib (FOTOLAR)

"Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanovun anası dəfn edilib. Futbolxeber.az-ın "Report"a istinadən məlumatına görə, Qurbanovun anası Güləbatın xanım ilə Zaqatala rayonunda vida mərasimi keçirilib. 
 
Daha sonra o, rayonun Aşağı Tala kəndinin qəbiristanlığında dəfn edilib. 
Dəfn mərasimində "Qarabağ" klubunun kollektivi, Zaqatala Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.
 
Qeyd edək ki, 45 yaşlı mütəxəssisin anası Güləbatın xanım bu gecə dünyasını dəyişib.
 
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi ölkə futbol ictimaiyyəti adından AFFA-nın İcraiyyə Komitəsinin üzvü, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova anası Güləbatın xanımın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Eyni məzmunlu başsağlığı mətnini "Qarabağ"ın icarəyə götürdüyü Tofiq Bəhramov adına Respublika stadionu da kollektivi adından yayımlayıb.
 
Allah rəhmət eləsin!
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30