26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Minifutbol

Ağadadaş Ağayev: “Almaniya çempionluğu çətin əldən buraxsın”

Xalq artisti Ağadadaş Ağayev Azərbaycan futbol komandasının dünya çempionatında iştirak etməsi arzusunu dilə gətirib. Futbolxeber.az-ın Kaspi.az-a istinadən verdiyi məlumata dünya çempionatına vəsiqə qazana bilməsək də, heç olmasa, Türkiyə futbolçularının oyununa tamaşa etməyi arzulayan xalq artisti futbola böyük marağının olduğunu deyib: “Futbolu sevən, daima izləyən pərəstişkar kimi hər zaman gözəl performans göstərən komandanın oyununu dəstəkləmişəm. Dünya çempionatı hər kəsin öncədən verdiyi proqnozları yerlə-yeksan etdi. Mənim sevdiyim oyunçuların arasında Braziliyanın 10 nömrəli oyunçusu Neymar var. Təəssüf edirəm ki, onu bilərəkdən zədələdilər. Elə onun yoxluğu ilə də iyulun 8-də oyunun taleyi həll olundu. Dünənki (srağagünkü-red.) oyun yaddaşımda tarixi bir hadisə kimi qaldı. Braziliya komandası öz ölkəsində keçirilən dünya çempionatında sarsılmış vəziyyətdə məğlub oldu. Braziliyanın 1:7 hesabla məğlub olması futbol tarixinə düşə biləcək bir hadisədir”.

A.Ağayev bu dəfəki dünya çempionatının yaddaqalan məqamlarından danışıb: “Braziliyanın Çilini penaltidə udması tamamilə şansa bağlı oyun idi. Kolumbiya millisinin Braziliyaya uduzması elə də maraq doğurmadı. İspaniya millisinin Hollandiya komandasına 1:5 uduzması isə tarixə yazıldı. Çünki heç kəs bunu gözləmirdi. Bu, tamaşaçılar arasında böyük maraq doğurdu. Dünya çempionatında belə hadisələr çox oldu. Hollandiyanın Meksikanı 2-1 hesabı ilə udduğu oyun da yaddaşlarda qaldı. Bu oyun hollandları yarımfinala gətirdi. Mənə elə gəlir ki, bütün futbolsevərlər Argentinanın çempion olmasını arzulayırlar. Ulduz oyunçular hər çempionatda məsələni həll edirlər. Misal üçün, Argentinada Messi, Braziliyada Neymar. Neymarın sıradan çıxması məlum aqibətə səbəb oldu. Meksika yığmasının getməsi, Kosta-Rika millisinin sürpriz olması, Avropa komandalarının bir-bir sıradan çıxması çempionata daha da maraq qatdı. Mənə elə gəlir ki, Almaniya Braziliyanı uddusa, yenə qalib gələcək. Almanlar mexanizm kimi, maşın kimi işləyirlər. Onlar çempionluğu çətin əldən buraxsınlar. Amma yenə də bilmək olmaz. Hal-hazırda ən güclü komanda sistemi olan yığma Almaniyadır. Onlar hər şeyi sistemlə həll edirlər və oyun zamanı bir-birilərini gözəl başa düşürlər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30