4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

Vitali Borisov: “Danışıq apardığımız oyunçular var”

UEFA Çempionlar Liqasının ilkin mərhələsində avqustun 23-də Türkiyənin “İstanbul Şişli”, ertəsi gün Almaniyanın “Jahn Regensburq”, avqustun 26-da isə Latviyanın “Riqa” komandası ilə qarşılaşacaq “Araz-Naxçıvan” təlim-məşq toplanışını davam etdirir.

Futbolxeber.az saytının məlumatına görə, komandanın hazırlıq və transfer çalışmaları barədə baş məşqçi Vitali Borisov federasiyanın mətbuat xidmətinə müsahibə verib.

- Hazırlıqla bağlı nə deyə bilərsiniz? Əsasən fiziki, yoxsa taktiki planda çalışmalara üstünlük verilir?

- İyulun 17-də yüngül məşqlərə başladıq. Artıq 3 gündür təlim-məşq toplanışına start vermişik. Komanda oteldə məskunlaşıb və hər gün 2 məşq keçirik. Əsasən fiziki hazırlığı yüksəltmək istiqamətində çalışmalara daha çox yer veririk. Hələ ki, işlər plana uyğun şəkildə davam edir.

- Oyunçular istirahətdən necə qayıdıb? Artıq çəkisi olan varmı?

- Belə baxanda, heç bir oyunçu artıq çəki ilə qayıtmayıb. Təbii ki, istirahət zamanı heç kim ciddi hazırlıq keçməyib. Ona görə də fiziki baxımdan yaxşı formada olmadıqları ortadadır. Ancaq Çempionlar Liqasının oyunlarına qədər vaxtımız var, çalışacağıq tədricən futzalçıları ən yüksək səviyyəyə çatdıraq.

- Yeni transferlər necə təsir bağışlayır?

- Hələlik 2 futzalçı məşqlərə qoşulub. Hər ikisini tanıyırıq, izləmişik, nəyə qadir olduqlarını da bilirik. Ninoslav Aleksiç 3-4 il əvvəl Serbiya millisinin heyətində yığmamıza qarşı da oynayıb. Həmin görüşdə mən də oyunçu kimi iştirak edirdim. Hər iki futzalçı keyfiyyətlidirlər.

- Başqa transferlər olacaqmı?

- Əlbəttə, danışıq apardığımız oyunçular var. Yaxın günlərdə 2-3 oyunçu komandamıza qoşulacaq. Artıq onların keçidi bu gün-sabah yekunlaşacaq. Onların gəlişi ilə daha da güclənəcəyik.

- Rəqibləri necə, izləyirsinizmi?

- Almaniya və Türkiyə çempionları haqda məlumat toplamaq bir qədər çətindir. Ancaq “Riqa” haqda müəyyən informasiyamız var. İstənilən halda, əvvəlcə özümüz oyunlara tam hazır olmalıyıq. Bütün diqqətimizi özümüzün hazırlıq prosesinə yönəltmişik. Tapşırığımız da aydındır. İlk iki mərhələni keçməliyik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31