4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

Millimizin üzvü: ˇ7:0 hesabı matçın heç də asan keçdiyi anlamına gəlməməlidir"

"Dünya çempionatının seçmə mərhələsində asan oyun yoxdur. Yunanıstanla Afinadakı görüşün çətin keçəcəyini bilirdik. Çünki rəqibimiz ilk oyunda uduzmuşdu, bu dəfə isə doğma meydanda çıxış edirdi".

Futbolxeber.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Conatas Felipe dünya çempionatının əsas seçmə mərhələsində səfərdə Yunanıstanı 7:0 hesabı ilə darmadağın etdikləri oyundan sonra Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib.

Qarşılaşamada sonuncu qolun müəllifi olan oyunçu yaxşı oynadıqlarını və nəticənin istədikləri kimi alındığını bildirib: "Amma 7:0 hesabı matçın heç də asan keçdiyi anlamına gəlməməlidir. Çünki rəqib təslim olmaq istəmirdi. Sona qədər mübarizə apardı".

Polşa ilə matçda komandasına kömək edə bilmədiyini xatırladan Felipe yoldaşlarını kənardan izləməyin çox çətin olduğunu söyləyib: "Polşa da qrupumuzda əsas rəqibimizdir. Kömək etməyi çox istəyirdim. Amma qırmızı vərəqə almağım bu görüşü buraxmağıma səbəb oldu. Ümumiyyətlə, çalışıram vərəqələrdən qaçım, amma buna hər dəfə nail olmaq mümkün olmur. Aqressiv oyunçuyam. Bu xarakterimdən irəli gəlir. Təbii ki, heç kim vərəqə alıb, cəzalı duruma düşməyi istəməz".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31