4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Etopaz

"TOPAZ": İnzagi ilə Qattuzo rəqib kimi

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" bu gün öz müştərilərinə 49 qarşılaşma təklif edir. Onlardan 24-nə canlı, 9-na isə həm canlı, həm də "təkli" mərc etmək olar.

Proqramda yer alan matçların əksəriyyəti kubok görüşləridir. Yalnız Almaniyada Bundesliqanın növbəti turuna start veriləcək. Fransa və İtaliya çempionatlarında isə bir oyun keçiriləcək.

İtaliya “A” seriyasının 16-cı turunun son matçında "Milan" səfərdə "Bolonya"nın qonağı olacaq. Keçmiş komanda yoldaşları - Filippo İnzagi ilə Cennaro Qattuzo bu oyunda rəqib baş məşqçi kimi üz-üzə gələcək. 15 oyundan cəmi 11 xal yığan İnzaginin "Bolonya"sı 18-ci yerdə qərarlaşıb. Qattuzonun "Milan"ı isə 4-cü yerdədir. 8 oyundur “A” seriyasında qələbə üzünə həsrət qalan bolonyalılar bu axşam qalib gələcəyi halda 1 pillə irəliləyə bilər. Amma statistika "Milan"ın xeyrinədir. "Rossonyerlər" "Bolonya" ilə son 5 qarşılaşmanın  hamısında qalib gəlib. Saat 23:30-da başlanacaq matça "Topaz"da bu əmsallarla mərc edə bilərsiz: "Bolonya"nın qələbəsi  3.95, heç-heçə 3.20, "Milan"ın qələbəsi 1.90.

Almaniya bundesliqasında bu axşam keçiriləcək 4 matçın hamısı maraqlıdır, xüsusən də "Volfsburq" - "Ştutqart" görüşü. Ardıcıl 4 turdur uduzmayan "Volfsburq" artıq turnir cədvəlində 8-ci yerə yüksəlib. "Ştutqart" isə autsayderlər qrupunda - 14-cü yerdədir. "Ştutqart" sonuncu dəfə "Volfsburq"a Bundesliqa çərçivəsində  səfərdə 13 il əvvəl qalib gəlib. Görək, "tilsimi" bu dəfə qırmaq olacaqmı? "Topaz"da bu qarşılaşmaya canlı və "təkli" mərc etmək olar. Əmsallar: "Volfsburq"un qələbəsi 1.60, heç-heçə 3.35, "Ştutqart"ın qələbəsi 4.50.

Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31