26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Rəvan” - “İnter”: ilk qələbə sorağında

Azərbaycan Premyer Liqasının 20-ci turunda “Rəvan” “Bayıl Arena”da “İnter”i qəbul edəcək. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan çempionatları tarixində buna qədər altı dəfə qarşılaşan komandaların duelində “İnter” aşkar üstünlüyə malikdir. Kaxaber Tsxadadzenin yetirmələri görüşlərin hamısında rəqibini məğlub etməyi bacarıb. Ümumilikdə qapısından 4 qol buraxan “İnter” rəqibi 15 dəfə meydanın mərkəzinə dəvət edib.

30.10.2011 Rəvan (Bakı) - İnter (Bakı) 1:2

07.03.2012 İnter (Bakı) - Rəvan (Bakı) 1:0

04.10.2012 Rəvan (Bakı) - İnter (Bakı) 0:2

02.12.2012 İnter (Bakı) - Rəvan (Bakı) 2:0

25.08.2013 Rəvan (Bakı) - İnter (Bakı) 1:5

02.11.2013 İnter (Bakı) - Rəvan (Bakı) 3:2

Qeyd edək ki, son turda digər paytaxt təmsilçisi “Bakı” ilə qarşılaşan “Rəvan” rəqibinə 1-5 hesabı ilə uduzub. Qış fasiləsində komandaya təyin olunan yeni baş məşqçi Güvenc Kurtar heyətə bir neçə yeni futbolçu cəlb etsə də, bu, hələ ki, bəhrəsini verməyib. “Rəvan” bu mövsüm doğma meydanda keçirdiyi 9 oyunun heç birində qələbə qazana bilməyib (5 bərabərlik, 4 məğlubiyyət). Bundan başqa komanda ev oyunlarında cəmi 4 dəfə rəqibi məyus edə bilib.

Mövsümə uğursuz start verən “İnter” isə ötən tur AZAL-ı məğlub etdi - 2:1. Liderlər qrupu ilə arasındakı xal fərqini qorumaq üçün “İnter”in səfər oyunundan qələbə ilə qayıtması vacibdir. Buna qədər keçirdiyi 8 səfər oyununda 15 xal yığan “İnter” 5 qələbə və 3 məğlubiyyətlə Topaz Premyer Liqasının ən yaxşı üçüncü səfər komandasıdır. 14 dəfə rəqib qapıçılarını məğlub edən paytaxt klubu 9 dəfə öz qapısında qol görüb.

Bu tur hər iki komandanın heyətində cəzalı futbolçular var. Mişel Balokoq (“Rəvan”) və Baçana Sxadadze (“İnter”) paytaxt derbisində komandalarına kömək edə bilməyəcəklər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30