26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

İntizam Komitəsinin növbəti iclası keçirilib

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

23 dekabr 2013-cü il Bakcell U-17 Liqasının “Sumqayıt” – “İnter” matçının 45-ci dəqiqəsində “Sumqayıt” klubunun 11 №-li futbolçusu İbrahim Abdullayev azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin oyun başa çatdıqdan sonra adıçəkilən futbolçu hakimə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanır (maddə 38.5).
Oyunun 62-ci dəqiqəsində “İnter” klubunun 7 №-li futbolçusu Ozal Həsənovla klubun 9 №-li futbolçusu İsgəndər Paşalı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
26 dekabr 2013-cü il U-16 Liqasının “Simurq” – “Neftçi” matçının 80-ci dəqiqəsində “Simurq" klubunun 15 №-li futbolçusu Firuddin Mövsümov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
24 dekabr 2013-cü il U-15 Liqasının “Lokomotiv” – “Neft Qaz” matçının 46-cı dəqiqəsində “Lokomotiv” klubunun məşqçisi Kamen Vasiliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır (maddə 42.4).
24 dekabr 2013-cü il U-15 Liqasının “Sumqayıt” – “Bakı” matçının 65-ci dəqiqəsində “Bakı” klubunun məşqçisi İlyas Qurbanov texniki zona qaydalarını pozduğuna meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).
24 dekabr 2013-cü il U-15 Liqasının AZAL – “Quba”OK matçının 35-ci dəqiqəsində AZAL klubunun 14 №-li futbolçusu Cəfər Musayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
Oyunun 35-ci dəqiqəsində “Quba”OK klubunun 11 №-li futbolçusu Tural Həbibov aqressiv hərəkət etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
24 dekabr 2013-cü il U-15 Liqasının “MKT Araz” – “Şirvan” matçında “MKT Araz” klubunun 4 №-li futbolçusu Nəbi Həsənzadə oyunu buraxmalı olduğu halda matçda iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
15 dekabr 2013-cü il Atena U-12 Liqasının “İnter” – “Todo” matçının 35-ci dəqiqəsində “Todo” klubunun baş məşqçisi Emil İbrahimov hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır (maddə 42.5).
Oyunun 35-ci dəqiqəsində “Todo” klubu meydanı tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Hesab 4:0 rəqib komandanın xeyrinə olduğu səbəbindən matçın hesabı olduğu kimi saxlanılır (maddə 53).
18 yanvar 2014-cü il Həvəskarlar arasında Ölkə birinciliyinin “Çağıran” – “Qaraçala” matçının 84-cü dəqiqəsində “Qaraçala” klubunun 77 №-li futbolçusu Bəxtiyar Əhmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30