26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Rafael Santos: “Baş məşqçinin Yuri Syomin olması qərarımda rol oynadı”

“Qəbələ"yə qoşulduğum gündən komandanın düşərgəsində xoş münasibətlə qarşılaşmışam. Gülərüz, mehriban kollektivimiz var. Komandamızda braziliyalı futbolçuların olması uyğunlaşmamı daha da asanlaşdırdı. Özümü rahat hiss edirəm". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "qırmızı-qaralar"ın sıralarına qış fasiləsində qoşulmuş Rafael Santos söyləyib. Gabalafc.az-a açıqlaması zamanı yeni komandası haqda daha öncə duyduqlarından danışan braziliyalı müdafiəçi "Qəbələ"nin hədəflərindən xəbərdar olduğunu deyib. O, komandasına məqsədlərinə çatmaqda yardım edəcəyinə inandığını vurğulayıb: "Qəbələ"dən təklif aldıqdan sonra komanda haqda məlumat topladım. Qapıçı Dieqo Koşta Silva ilə əlaqə saxladım. O, Azərbaycan və Qəbələ haqda məni məlumatlandırdı. Dieqo mənə komandanın bazasından, futbol üçün yaradılan şəraitdən danışdı. "Qəbələ"nin mükəmməl meydançaları var. Bu çox diqqətimi çəkdi. Daha sonra klub rəsmiləri ilə görüşdüm. "Qəbələ"nin hədəfləri barədə məlumat aldım. Baş məşqçinin bir çox uğurlar qazanmış Yuri Syomin olması qərarımda rol oynadı. Hazırda səylə və əzmlə çalışırıq. Antalya toplanışının sonunadək ideal formada olmaq üçün əlimdən gələni əsərgəməyəcəyəm. İnanıram ki, komandamın hədəflərinə çatmasında yardımçı ola biləcəyəm".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30