27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Azərbaycan Premyer Liqası: 17-ci tur rəqəmlərdə

Azərbaycan Premyer Liqasının 17-ci turunun statistik məlumatları açıqlanıb. Futbolxeber.az-ın məlumatına görə, ötən tur paytaxtın “İnter” klubu topa sahib olmada digərlərindən üstün olub – 38 dəqiqə (58%). Sürətli hücumlarda isə “Xəzər Lənkəran” və “Bakı” klubları fərqlənib.

17-ci turda AZAL-ı 3:0 hesabı ilə məğlub edən Zaqatalanın “Simurq” klubu isə bir neçə göstəriciyə görə ilk pillədədir. Əyalət təmsilçisi hücumların sayına, qapıya zərbələrə, dəqiq ötümələrə, sürətli ötürmələrə, künc zərbələrinə, uğurlu hava mübarizələrinə və aldadıcı hərəkətlərə görə digər komandaları üstələyib. “Qəbələ” futbolçuları bu tur 5 dəfə oyundan kənar vəziyyətə düşüb. Rəqibdən top almaqda “Bakı”, ötürmələrin qarşısını almaqda isə “Qəbələ” futbolçuları fərqlənib. AZAL tur ərzində ən çox qayda pozuntusuna yol verən komandadır.
 
Hamıdan çox qapıya zərbə endirən Rauf Əliyev (Bakı), komanda yoldaşlarına dəqiq ötürmə verən isə Slavço Georgiyevskidir (İnter). Hava mübarizələrində “Simurq”un hücumçusu Draqan Çeran rəqiblərindən üstün olub. “Qarabağ”lı Bədavi Hüseynov rəqibdən top almaqda uğurlu olub – oyun ərzində 10 dəfə. Ən çox qayda pozuntusuna yol verən Aleksandr Şemonayev (AZAL), qayda pozuntusuna məruz qalan isə komanda yoldaşı Qərib İbrahimovdur. “Xəzər Lənkəran”ın müdafiəçisi Vanderson Skarduelli rəqib ötürmələrinin qarşısını almaqda digərlərini qabaqlayıb.
 
 

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30