Ölkə futbolu
Tural Axundov: “Layiq olduğumuz pilləyə qalxacayıq” (Müsahibə)
“Simurq”un futbolçusu Tural Axundov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- İlk sualım “Simurq”a gəlməyin haqqında olacaq. Necə oldu ki, bizim komandanı seçdin?
- Ötən mövsümün sonunda “Rəvan”la müqaviləmin vaxtı bitdi. Məndə keçmiş komandamın rəhbərliyi ilə danışdım və bildirdim ki, getmək istəyirəm. Oda əgər yaxşı təklifimin olacağı halda, məni buraxacağı bildirdi. Həmin vaxt iki-üç komandadan dəvət var idi. Mən isə seçimimi “Simurq”dan yana etdim. Buna görədə peşman deyiləm.
- İlk vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkdin. Ancaq hazırda stabil oynayırsan. Hazırkı durumun səni qane edirmi?
- Təbii ki, yeni gələndə məşqçilər məni komandaya uyğunlaşdırmağa çalışdırırdı. Bu səbəbdən ilk turlarda əvəzetmələrdən şans verirdilər. Hazırda isə, şükürlər olsun ki, “Simurq”un oyun üslübuna tam uyğunlaşa bilmişəm və mənə inanıb əsas heyətdə meydana buraxırlar. Məndə öz növbəmdə çalışıram ki, onların inamını doğrulda bilim.
- Artıq 15 tur geridə qalıb. Hazırkı nəticəni “Simurq” üçün necə dəyərləndirirsən?
- Çox təəssüf ki, bir neçə oyunda vacib xallar itirdik. Həmin qarşılaşmalarda istədiyimiz nəticələri qazana bilmədik. Ancaq biz öz gücümüzə inanırıq. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr göstərib, layiq olduğumuz pilləyə qalxacayıq.
- Ölkə kubokunda təəssüf ki, istəmədiyimiz nəticə oldu. Səncə “Araz”a məğlub olmağımıza səbəb nə oldu? Komanda olaraq bizlər bu oyundan sonra nədən dərs almalıyıq?
- Birinci növbədə meydançanın bərbad vəziyyətdə olmasını qeyd edərdim. Orada furbol oynamaq qeyri-mümkün idi. Əgər bu görüş başqa bir meydanda keçirilsəydi, biz “Araz”ı çox rahatlıqla keçərdik. Artıq bu oyun bizim üçün geridə qaldı. Bütün diqqətimizi çempionata verməliyik ki, rəhbərliyin bizim qarşımıza qoyduğu nəticəni göstərə bilək. Bu oyunda dərs almalı olduğumuz çox şey var idi. “Araz”da zəif komanda deyil. Ancaq hər nə olur olsun, bu oyunda biz qalib gəlməliydik. İnşallah, premyer liqada qazandığımız nəticə ilə bu məğlubiyyəti unutdurarıq.
- Bu görüşdə qırmızı vərəqə aldın. Hakimin bu qərarın necə dəyərləndirirsən?
- İlk sarı vərəqədə görüşün baş hakimi Orxan Məmmədovun qərarı ilə razıyam. Ancaq ikinci ilə yox. Çünki həmin vaxt sarı vərəqə ilə cəzalanmamalıydım. Hətta oyunu saxlayıb məni cəzalandıranda çox təəccübləndim. Fikrimcə, hakimin o qərarı səhv idi.
- Bizi “Qəbələ” ilə çətin oyun gözləyir. Bu görüş haqqında nə düşünürsən?
- Biz bura yalnız qələbə üçün gəlmişik. Çünki başqa şansımız qalmayıb. İnanıram ki, sonda üç xalı qazanan tərəf biz olacayıq. Özümüzü toparlamaq üçün bu bizim üçün vacib amildir.
- Zaqatalaya uyğunlaşmaqda çətinlik çəkmirsən?
- Təbii ki, yox. Zaqatalada Azərbaycanımızın gözəl guşələrindən biridir. Məşqimizi edirik. Boş vaxtlarımızda çıxıb şəhəri gəzirik. Burada bizim üçün hər bir şərait yaradılıb. Bu baxımdanda heç bir çətinlik çəkmirəm.
- “Simurq” hazırda çempionatda azarkeşlərilə də, fərqlənir. Komandanın kapitanlarından biri olaraq, onlara nə deyərdin?
- Onlardan istəyimiz budur ki, bizi sona qədər dəstəkləsinlər. Çalışacayıq ki, onları sevindirən nəticələr qazanaq. Qələbələrimizi birlikdə qeyd edək. Komandaya inansınlar. Hər bir nəticədə bizi yalnız buraxmasınlar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO