4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”

"Neftçi"nin futbolçusu Yuri Matias sabiq klubu "ÇFR Kluj"un (Rumıniya) onunla maraqlanması haqda yayılan xəbərlərə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, braziliyalı müdafiəçi Rumıniyanın "Prosport" nəşrinə açıqlamasında deyib ki, fürsət düşsə, həmin ölkəyə qayıdar:

"Son xəbərləri oxuyuram, amma “ÇFR Kluj”a qayıtmağımla bağlı heç nə bilmirəm. Lakin futbolda hər şey mümkündür. Bilirəm ki, məni “ÇFR Kluj” və ümumilikdə Rumıniyada dəyərləndirirlər. Odur ki, fürsət düşsə, əlbəttə ki, ora qayıdardım. Təəssüf ki, göründüyü kimi, hazırda komandanın durumu yaxşı deyil. Ümid edirəm ki, "ÇFR Kluj" yenidən güclü olacaq. Superliqada hər oyunu izləyirəm, Rumıniya çempionatından xəbərdaram. Bildiyiniz kimi, mən də rumın dilini öyrənmişəm, Orada çoxlu dostlarım var".

Matias "Neftçi" barədə də danışıb: “Neftçi”yə gəlincə, özümü burada yaxşı hiss edirəm. Demək olar ki, hər matçda oynayıram. Bu mövsüm artıq “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmaq şansımız yoxdur, ona görə də ikinci yeri hədəfləyirik. Bunun üçün də çalışırıq”.

Qeyd edək ki, Yusi Matias "Neftçi"yə ötən yay məhz "ÇFR Kluj"dan keçib. Onun paytaxt klubu ilə müqaviləsi isə 2025-ci ilin iyun ayına qədərdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31