4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Elmar Baxşıyev: “Hakim oyunun nəticəsinə təsir etmədi”

"Bərabər səviyyəli oyun getdi. Çox sayda hücum təşkil etdik, sadəcə son nöqtəni qoymaqda çətinlik çəkirdik. Oyun planında komandaya etirazım yoxdur. Komanda hücum planında istədiyimi meydanda verməyə çalışırdı. Düzələsi bəzi elementlər var ki, komanda olaraq onların üzərində məşq prosesində çalışırıq. Mövsümün sonuna kimi bir az motivasiyanı yüksəldib, sona qədər oynamaq vacibdir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 31-ci turunda "Səbail"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Naxçıvan təmsilçisinin çalışdırıcısı qeyd edib ki, komandada qalsa, yeni mövsüm üçün heyətdə ciddi dəyişikliklər etməyəcək: “Yaxşı oyunçular var. Ad çəkməyəcəyəm. Hər bir komandaya əlavələr vacibdir. Daha da inkişaf etmək istəyiriksə...Bəzi mövqelər var ki, orada rəqabət yoxdur. Gələcəkdə nə olacaqsa, ona uyğun çalışacağıq”.

Mütəxəssis bildirib ki, ardıcıl məğlubiyyətlər psixoloji problemlərlə əlaqədar deyil: “Çalışırıq ki, komandanın üzərində təzyiq olmasın. Bu gün məğlubiyyətimizin səbəbi psixoloji məqamlar deyil. Oyunçular meydanda çalışırlar. Ani diqqətsizlik nəticəsində qapımızda iki standar vəziyyətindən qol gördük. Bu da qaçılmazdır”.

“Səbail”ə məğlubiyyətin hakimliklə bağlı olmadığını söyləyib: “Bugünkü oyundan danışırıqsa, hakim oyunun nəticəsinə təsir etmədi. Sadəcə bəzi epizodlarda mübarizəni davam etdirə bilərdi. Amma çox xırda foaullarla müdaxilələr etməyə çalışırdı. Bu gün hakimlik pis deyildi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31