27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Elxan Məmmədov: Bağda ərik var idi...(YAZI)

AFFA-nın baş katibi Elxan Məmmədov yenə gündəmi zəbt edib. "Heç kimi zorla saxmalayacağıq" deyən Məmmədov açıq şəkildə Azərbaycan millisində Foqts erasının başa çatdığına işarə vurur. Hələ bir neçə ay əvvəl Foqtsun gedəcəyinə dair ilk siqnalı mətbuata ötürən Məmmədov bu dəfə isə baltanı kökündən vurdu. Bəziləri bu açıqlamanı "gözdən pərdə asmaq" kimi qələmə versə də, əslində belə deyil. Foqts həqiqətən də gedir. Əgər, Elxan Məmmədova yaxın olan mətbuat orqanları da Foqtsun gedəcəyinə işarə vururlarsa, deməli həqiqətən də belədir. Yoxsa, "Foqtsun son oyunları" kimi xəbərlər gündəmə gəlməzdi.

İlk gündən Foqtsun millidə çalışmasına qarşı olmuşam. Amma maraqlı məqam odur ki nəyə görə Foqts məhz indi gedir? Axı, almanın yığmamızda bundan da pis, ağır günləri olub. Amma həmin çətin vaxtlarda başda Elxan Məmmədov olmaqla AFFA rəhbərliyi almanın önündə sipər çəkərək, ona dəstək olublar. Görəsən, indi nə dəyişib? Nəticə? Foqts Azərbaycan tarixində ən yaxşı nəticəyə imza atıb. Maksimum xal və maksimum göstərici - 4-cü yer. Kimsə "İsraili uda bilərdik", "bundan da yaxşı nəticə göstərmək olardı" kimi iddialar ortaya ata bilər. Amma bu "sa,sə" kimi şərt şəkilçiləri heç nəyi dəyişmir. Fakt budur ki Foqts rekorda imza atıb, vəssalam.

Özü də millinin üzvləri də alman məşqçinin qalmasının tərəfdarıdırlar. Daim əksər həmkarlarından sözün yaxşı mənasında fərqlənən, liderlik keyfiyyəti olan, havaya söz buraxmayan Rəşad Sadıqov da "Foqts qalmalıdır" deyirsə, deməli futbolçular alman mütəxəssisin qalmasını istəyirlər.

Elədirsə, Məmmədov niyə Foqtsa "protiv" gedir? Haşiyəyə çıxaraq qeyd edim ki, Məmmədovla Foqtsun indiki münasibətləri el arasında da kifayət qədər məşhur olan "Bağda ərik var idi, salam-əleyk var idi, bağda ərik qurtardı, salam-əleyk qurtardı" misalını xatırladır. Deyəsən, baş katibin almanın qalmasında daha heç bir "intres"i yoxdur. Bu səbəbdən də onun gtməsini istəyir. Foqts getsə kim gələcək? Qurban Qurbanov? Əsla. Qurbanovla bağlı fikirlərimi bir müddət əvvəl yazmışdım. Həmin vaxt jurnalist yox, sıravi azarkeş kimi Qurban bəyə tutaraq, milliyə getməməsini istəmişdim. Çünki bu, baş verəcəyi halda, Qurban Qurbanov Fatih Terimin aqibətini yaşaya bilər. Qurbanov son illərdə Azərbaycan futbolunun simasına çevrilib. "Qarabağ"da qazandığı imici millidə xərcləməsini heç kim istəməz. Etiraf edək ki, bugünkü gündə millimiz DÇ və AÇ-nin final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq iqtidarda deyil. Bunun üçün yeni futbolçu nəslinin yetişməsini gözləməliyik. Bu komanda ilə Qurbanov Foqtsdan bir qədər artıq xal toplayacaq, vəssəlam.

Həm də milli komandamıza yerli mütəxəssisin rəhbərlik etməsi başda Elxan Məmmədov olmaqla bir çoxlarına sərt etməz. Ona görə də yenə yığma komandamız əcnəbi mütəxəssisə tapşırılacaq. Bu zaman nə baş verəcək? Heç nə. 5-6 il də "vozdux"a gedəcək. İtirən kim olacaq? Azərbaycan futbolu, siravi azarkeşlər. Qazanan kim olacaq? Foqtsun vaxtında qazananlar.

Elman MƏHƏRRƏMOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30